Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Hüseynağa Hadıyevin doğum günüdür - VİDEO

Bu gün unudulmaz sənətkarın doğum günüdür. 1946- cı ilin bu günündə Bakıda dünyaya gələn Hüseynağa Hadıyevin ömrü cəmi 48 il çəkdi. Vəfa etməyən ömrünü saatbasaat, günbəgün, aybaay, ilbəil nəğmələrinə fəda etdi. Həyatına sığmayan bir aləm qoyub dünyadan köçdü. Nəğmələrdən, şərqilərdən doymayıb getdi! Qocalmağa vaxtı olmadı. Bitib-tükənməyən həsrətli arzularına vaxtsız əlvida dedi.

Hüseynağanın qəlbindəki sınıqlıq həmişə gözlərindən boylanan kədərindən duyulurdu. O, çox sevdiyi anası Törə xanımı uşaq ikən itirmişdi. Analıq mehrinin doğmalığını hiss etməmişdi. Onu bir də göynətməmək, anasızlığını xatırlatmamaq üçün uşaqlar yanında "ana" kəlməsini dilə gətirməzdilər. Uşaqlar onları hər zaman şirin dillə dindirən Törə ananın yoxluğu ilə həyatın ölüm adlı sərtliyini görmüş, bu acı həqiqəti dərk etmişdilər. Onlar həmçinin kövrək qəlbli Hüseynağanın bu böyük dərdə necə tablaşdığına, anasız necə yaşaya bildiyinə, onun dözümünə heyrətlənmişdilər. Lakin uşaq düşüncəsi ilə onlar bu dərdin, bu intəhasız kədərin Hüseynağanın qəlbinin dərinliklərinə əbədi çökdüyündən xəbərsiz idilər. Bu kədər illər ötəndən sonra onun oxuduğu mahnılardan boylanacaqdı. Dinləyiciləri isə bu səsin sehrinə aludə olub öz pünhan kədərlərinə həmahəng tapdıqları üçün bu ifanı sevəcəkdilər. Hüseynağanın zahiri sakitliyi, təmkini arxasında gizlənən o coşqunluq, o həssaslıq, o həyəcan bəstələrində üzə çıxacaqdı. Onun şərqilərini həyəcansız dinləmək olmayacaqdı. Hüseynağa həzin, könülləri titrədən yanıqlı nəğmələri ilə bir böyümüşdü. Tanıyanlar bu səsə o qədər alışmışdılar ki, onu böyük səhnədən edəcəklərini düşünməmişdilər. Onları başına yığıb ürəkləri istəyən nəğmələri oxuyardı. Özünün də çox sevdiyi müğənnilər vardı: Şövkət Ələkbərova və Zəki Müreni dinləməkdən yorulmazdı. Səsinin vurğunu olan dostlarından biri-bəstəkar Rizvan Ələsgərovun təkidindən sonra onunla "Dan ulduzu" instrumental ansamblına getməyə razılıq vermişdi. İfası bəyənildiyindən onu tez bir zamanda ansambla qəbul eləmişdilər. Cəfər Cabbarlı əmisi qızlarını - Hüseynağa Hadıyevin anasını və xalasını tar dərnəyinə yazdırmışdı. Sonralar Törə xanım da oğlunun musiqiçi olmasını istəyərək onu "Pionerlər evi"ndə qarmon dərnəyinə apardı. Lakin bir gün dərsdən əsəbi gələn Hüseynağa: "Daha musiqi dərsinə getməyəcəyəm, müəllim dedi ki, səndən musiqiçi çıxmaz, çünki avarasan" - deyə söyləndi.. Sonralar onun ifasını bəyənməyən müəlliminə yaxınlaşıb kimliyini söyləyəndə müəllimi onu bağrına basmışdı.

Onu yaxından tanıyan insanlar  Hüseynağa haqqında eyni sözü söyləyir: O sevmədiyi mahnını oxumazdı. Oelə ona görə də oxuduğu mahnılara ürəyini qoyan müğənnini ifasında "Bulaq başı", "Bu gecə", "Mənim dünyam" mahnılarının sevilməsi təsadüfi deyildi.

Onu da xüsusi qeyd etmək lazımdır ki, Hüseynağa türk mahnılarının Azərbaycanda ilk ifaçısı olub. Ömür-gün yoldaşı Sveta xanım deyir ki, tez-tez, həm də yanıqlı bir avazla: "Nədən saçların bəyazlanmış arkadaş?" mahnısını oxuyardı. Sanki özünə ağsaçlı ömrün qismət olmayacağını duyub oxuyurdu. Yəqin bu da bir tale yazısıdır...

Hüseynağa Hadıyev ömrü boyu "Dan ulduzu" ansamblının solisti olub. Bu ansambla o qədər bağlanıb ki, nə zamansa onu tərk edə biləcəyini ağlına belə gətirməyib. Elə ansamblın üzvləri də, bədii rəhbəri Gülarə xanım Əliyeva da onun xətrini çox istəyirdilər. O dövrdə Gülarə xanımın televiziya, radio proqramlarına çıxmasında problem olmadığı üçün Hüseynağa da tez-tez ekranda görünərdi. Ancaq bir qədər fərqli geyinməsinə və saç düzümünə görə ona tez-tez irad tutar və səhnəyə çıxanda uzun saçlarını kəsdirməyə, kostyum geyinməyə məcbur edərdilər. Bu qadağalar onu həmişə özündən çıxarardı. Nə fəxri ad, nə də var-dövlət barədə düşünmədi. Ad almaqdan ötrü bir çoxları kimi haray-həşir qoparmadı. Amma hər kəsin qəlbində dərin iz qoymağı bacardı. Amansız xəstəlik Hüseynağa Hadıyevi bu dünya ilə vaxtından əvvəl vidalaşmağa məcbur etdi. 1994- cü il yanvarın 12-də uzun sürən xəstəlikdən sonra müğənni gözlərini əbədi olaraq yumur. Amma onun nəğmələri hər zaman yaşayır və o mahnılar hər səsləndiyində Hüseynağa Hadıyev yenidən həyat tapır.

Simsar.az







19 Noyabr, 2014  09:38 Baxılıb: 917 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner