Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Xarici ekspert: “Azərbaycanın inkişafı“ Şinkansen”qatarlarına bənzəyir”

Tokioda “Cross Border Club”un və “WorldInvesters TV” internet televiziyasının təşkil etdiyi toplantıda Bakıda ilk dəfə keçirilmiş “Yaponiya və Azərbaycan biznes festivalı”nın nəticələri yüksək qiymətləndirilib.

Simsar.az xəbər verir ki, toplantını açan “WorldInvesters TV” internet televiziyasının prodüseri, xarici ölkələrin investisiya imkanlarının araşdırılması sahəsində tanınmış iqtisadçı-ekspert Kazuyasu İşida “AS Global Menegment Co.LTD” şirkətinin təşkilatçılığı ilə noyabrın 14-15-də Bakıda keçirilən “Yaponiya və Azərbaycan biznes festivalı”nın nəticələri barədə məlumat verib. Festivalın çox uğurlu keçdiyini vurğulayan K.İşida onun iki gün ərzində üç mindən artıq insan tərəfindən ziyarət olunduğunu, iki ölkənin iş adamları arasında gələcək əməkdaşlıqla bağlı maraqlı müzakirələrin aparıldığını bildirib. Azərbaycanın inkişafını Yaponiyanın sürətli “Şinkansen” qatarlarına bənzədən natiq, yapon iş adamlarını bu sürət qatarında yer tutmağa tələsməyə çağırıb. Vurğulayıb ki, Bakıda təşkil edilən sərgi regionun lider dövlətinə çevrilmiş Azərbaycanın iş adamları ilə əlaqələrin qurulmasında mühüm rol oynayacaq.

Toplantıda Azərbaycanın Yaponiyadakı səfirliyinin əməkdaşı ölkəmizdə investisiya imkanları və biznesin təşkili haqqında məlumat verib, yapon şirkətləri ilə əməkdaşlığa böyük maraq olduğunu vurğulayıb.

Sonda iştirakçıların Azərbaycanda biznesin təşkili prosedurları ilə bağlı sualları cavablandırılıb, maraq doğuran mövzular ətrafında müzakirələr aparılıb.

Vüsal Qarayev






19 Noyabr, 2014  09:33 Baxılıb: 847 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner