Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

"Azərbaycan Xalçaları Gürcüstan Milli Muzeyindən" - TƏQDİMAT

Simsar.az xəbər verir ki, bu gün Azərbaycan Xalça Muzeyində "Azərbaycan Xalçaları Gürcüstan Milli Muzeyindən" adlı kataloqun təqdimat mərasimi keçiriləcək.

Böyük tarixi inkişaf yolu keçən Azərbaycan xalçaları bu gün də elm kimi öyrənilir, tədqiq olunur. Azərbaycan xalılarının sorağı dünyanın ən məşhur saraylarından, muzeylərindən gəlir.

1865-ci ildə, Gürcustanda Qafaqaz muzeyi təsis olunandan sonra, muzeyin rəhbərliyi Qafqaz xalqlarının maddi mədəniyyəti sahəsində etnoqrafik materialların toplanmasını prioritet istiqamət kimi elan etmiş və təbii ki, xüsusi diqqət xalça məmulatlarına yönəlib. Azərbaycan xalçasının isə dünyada özünə məxsus yeri və şöhrəti olduğundan, bu istiqamərdə məhz Azərbaycanla bağlı çoxlu materiallar toplanıb.

Azərbaycanın və Gürcüstanın mədəniyyəti və tarixi əsrlər boyu qarşılıqlı əlaqədə olmuş və zənginləşib.

Bu gün Azərbaycan xalçalarının bir çox dünya muzeylərində Qafqaz xalçaları adı ilə təqdim edildiyi halda, məhz Gürcüstan Milli Muzeyi Azərbaycan xalçalarının milli mənsubiyyətini qoruyaraq nümayiş etdirən bir muzeydir.

Kataloqun hazırlanmasında müəlliflər-Gürcüstan Milli Muzeyinin baş kuratoru Eldar Nadiradze, Nodar Axalkatsi, M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva, elmi redaktoru Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyevanın müstəsna rolu vardır. Kataloq və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstandakı Nümayəndəliyi (SOCAR) dəstəyi ilə nəşr edilib.

Günel







19 Noyabr, 2014  09:20 Baxılıb: 852 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner