Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Demokrat diktator - İndira Qandi

Hindistanın ilk qadın baş naziri, ölkəsinin müstəqilliyi yolunda mübarizə aparan, Hind xalqının qəhrəmanı İndira Qandi, bu gün - 1917-ci il, noyabrın 19-da dünyaya gəlib.

Qandinin hakimiyyət illərində ən böyük siyasi qələbəsi, Hindistanın Pakistanla münasibətlərinin normallaşdırması olub. O, bu qarşıdurmanın bölgə xalqlarına xeyir gətirmədiyini sübut edib. O, Hindistanı o qədər çox sevirdi ki, bu yolda oğlunu qurban versə də, yenə vətəninin inkişafı urunda mübarizəsindən əl çəkməyib. Qandi, bütün dünyanın rəğbətini qazanan və müxtəlif dillərdə danışan, milyonlarla insanın sevimlisinə çevrilən azadlıq mübarizi və ünlü siyasətçi idi.

1959 və 1960-cı illərdə o, Milli Konqresin rəhbəri seçildi. Ancaq bunun atasının nüfuzuna xələl gətirdiyini və onun haqqında pis fikir formalaşdırdığını nəzərə alaraq, 1962-ci ildə keçirilən seçkilərdə iştirak etmədi. 1964-cü ildə atası vəfat etdi və bu vaxt o, baş nazir Şastrinin təklifini qəbul edərək informasiya və mətbuat naziri oldu. Bu zaman ölkənin cənubunda hind dilində danışmayan əyalətlərdə hind dilinin rəsmi dövlət dili kimi işlədilməsinə qarşı üsyanlar baş verdi. Qandi bu səbəbdən də üsyan edən əyalətlərin ən iri şəhərlərindən olan Mədrəsə getdi və hökumət əleyhinə çıxışların yatırılmasına başçılıq etdi. Bu onu daha da şöhrətləndirdi. Artıq onun hakimiyyət zirvəsinə gedən yolu açılmışdı.

1965-ci idə Hindistanla Pakistan arasında savaş baş verdi. Həmin vaxt İndira Şrinaqar bölgəsində istirahətdə idi. Pakistan ordusunun bölgəyə hücumu başladığı bir vaxtda o, yaxınlarının Şrinaqarı tərk etmək təklifini rədd etdi və bölgənin müdafiəsinin təşkilinə başladı. Bununla da hücumun qarşısı alındı və Pakistan əsgərləri geri çəkilməyə məcbur oldular. Bu hadisə Qandinin əhali arasında hörmətinin daha da artmasına səbəb oldu. İki ölkə arasında baş verən münaqişənin aradan qaldırılması üçün Daşkənddə aparılan danışıqlar zamanı Baş nazir Şastrinin ürəyi qəfil dayandı. Bundan sonra ölkə yenidən seçkilərə getmək məcburiyyətində qaldı. 1966-cı ildə keçirilən parlament seçkilərində Qandi rəqibi Morarji Desaini qabaqlayaraq qələbə çaldı. Bununla da o, ölkənin müstəqilliyi tarixində 4-cü və ilk qadın baş nazir oldu. Amma partiya daxilində Qandinin baş nazir seçilməsinə qısqanclıqla yanaşanlar da var idi. Ona görə də 1967-ci ildə o, dəstəyi kənarda axtarmağa başladı və yalnız sosialistlərin yardımı nəticəsində baş nazir kürsüsünü qoruyub saxlaya bildi.

İndira Hindistanı nüvə dövlətinə çevirdi

Hindistanın sosializm blokuna doğru meyl etməsi və SSRİ-nin yardımı ilə ölkədə onlarla yeni müasir müəssisənin inşası Qərbin narazılığına səbəb olmuşdu. Ona görə də onlar Hindistanı tutduğu yoldan döndərmək qərarına gəldilər. Moskva isə Qərbin bölgədə sipərinə çevrilən Pakistana Hindistanın əli ilə dərs vermək istəyirdi.

Beləliklə, SSRİ-nin Hindistanı, Qərbin isə Pakistanı bölgədə yeni qanlı müharibəyə təhrik etmələri öz "bəhrəsini" verdi. 1971-ci ildə Pakistanla Hindistan arasında müharibə başladı. ABŞ Pakistana yardım etmək və Hindistanı qorxutmaq üçün özünün 7-ci hərbi dəniz donanmasını Qərbi Pakistanın sahil sularına, (indiki Banqladeşə) Benqal körfəzinə göndərdi. Buna cavab olaraq, Hindistanın simasında gələcək sosialist dövlətini görən Moskva Dehliyə külli miqdarda hərbi yardım etdi. SSRİ-dən alınan hərbi texnikanın yardımı ilə Hindistan bu müharibədə Pakistana ağır zərbələr endirərək onun bəzi ərazilərini ələ keçirdi.

SSRİ ilə yaxınlaşma Qandinin həyatında və Hindistanın gələcəyi baxımından xüsusi rol oynadı. Belə ki, Qandi diplomatik məharətini işə salaraq Hindistanın nüvə silahı əldə etməsinin Moskva üçün də önəmli ola biləcəyi barədə SSRİ rəhbərliyini inandıra bildi. O dövrdə İndira ətrafındakılara: "Biz özümüz öz ayaqlarımız üzərində durmağı və təhlükəsizliyimizi təmin etməyi bacarmalıyıq" -demişdi. Məhz SSRİ-dən aldığı hərbi texniki yardım 1974-cü ildə Hindistana yer altında "Gülümsəyən Budda" adlı nüvə bombasını sınaqdan çıxarmağa imkan verdi. Bu hadisə beynəlxalq aləmdə böyük şok əmələ gətirdi. Nüvə silahını əldə etməklə Hindistan Pakistandan və başda ABŞ olmaqla Qərb dövlətlərindən, həmçinin Çindən gələn təhlükəni birdəfəlik aradan qaldırmış oldu.

Azadlıqdan diktatorluğa

Parlamentdə böyük səs çoxluğuna malik olan İndira ölkənin Konstitusiyasına dəyişikliklər etdi və daxili siyasətdə inqilabi təsir bağışlayan islahatlar həyata keçirdi. O, ölkənin federal subyektlərinə verilən müstəqillikləri məhdudlaşdırdı və onları mərkəzi hakimiyyətdən tam asılı vəziyyətə saldı. Bu isə, ölkə daxilindəki müxalifət qüvvələrini hərəkətə gətirdi. Onlar Qandini avtoritar rejim qurmaqda, demokratiyadan geri çəkilməkdə günahlandırdılar. Bu qüvvələrə qarşı mübarizə isə İndiranı ölkədə həyata keçirilən iqtisadi və siyasi islahatları yarımçıq qoymağa məcbur etdi. Bu da öz növbəsində daxildə inflyasiyanın sürətlə artmasına, korrupsiyanın çiçəklənməsinə və xalqın maddi vəziyyətinin ağırlaşmasına gətirib çıxardı. Bundan istifadə edən müxalifət xalq kütlələrini küçələrə çıxardı. 1973-cü ildən başlayaraq, Qandiyə qarşı xalq etirazları dayanmırdı. Belə bir vəziyyət Qandi üçün xoşagəlməz hadisələrə səbəb oldu. 1975-ci ilin iyun ayında Allahabadda Ali Məhkəmə son seçkilərdə korrupsiya hallarına yol verildiyini iddia edərək, Qandini deputat mandatından məhrum etdi. İndira məhkəmənin bu qərarına yenidən baxılmasını tələb etdi. Ancaq müxalifət onun istefa verməsini israrla tələb edirdi. Eyni zamanda Qandidən narazı kütlələr onun Dehlidəki evini və parlamenti mühasirəyə alaraq hakimiyyətdən getməsini istəyirdi.

Bu vəziyyətlə barışa bilməyən və istefaya getmək istəməyən Qandi Prezident Fəxrəddin Əli Əhmədə təzyiq göstərərək onu ölkədə fövqəladə vəziyyət elan edilməsi barədə sərəncam imzalamağa məcbur etdi. Bunun ardınca müxalifətin öndə gələn bütün nümayəndələri, o cümlədən müstəqilliyin əldə edilməsində xüsusi rolları olan liderlər həbs edilərək həbsxanalara atıldılar. Eyni zamanda Qandi polisə etiraz aksiyalarını amansız şəkildə yatırmaq üçün geniş səlahiyyətlər verdi. Beləliklə, ölkədə diktatura rejimi quruldu.

Bundan sonra Qandi yeni seçkilərin keçirilməsinə razılıq verdi. Çünki artıq müxalifət aradan qaldırılmışdı və Qandinin bu seçkilərdə qələbə çalmasına mane ola biləcək qüvvələr yox idi. Seçkilər 1977-ci ildə keçirildi. Lakin seçkilərdə iştirak edən xalq "Artıq yetər, söz millətindir!" şüarını irəli sürərək müxalifətdə olan Canata Partiyasına səs verdi. Beləliklə, hakimiyyətə Desainin rəhbərlik etdiyi Canata Partiyası gəldi.

İndira seçkilərdə məğlub olsa da ruhdan düşmədi. Hakimiyyətə gələn qüvvələrin xalqın etimadını doğrulda bilməmələri Qandinin xeyrinə işləyən amilə çevrildi. 1979-ci ildə keçirilən seçkilərdə Qandi yenidən qələbə çaldı.

Liderə xəyanət

1984-cü ilin oktyabr ayının 31-i idi. İndira Dehlidəki Safdarjunq küçəsindəki baş nazirliyin binasında İngiltərədən onunla müsahibə götürməyə gələn dramaturq, aktyor və telejurnalist Peter Ustinovu qarşılamağa hazırlaşırdı. Ustinov Satvant və Beant Sinqhlər tərəfindən mühafizə edilən qapıdan keçərək içəri daxil oldu. Qandi qonağı qarşılamaq üçün ayağa qalxdı. Bu zaman hər iki mühafizəçi silahlarını Qandiyə çevirərək ona atəş açdılar. Nəticədə, Qandi 33 güllə yarası alaraq yerindəcə can verdi. Qandinin cənazəsi noyabrın 3-də Mahatma Qandinin xatirəsinə ucaldılan Raj Qal abidəsi önündə yandırıldı.

Vüsal Qarayev










19 Noyabr, 2014  08:30 Baxılıb: 1013 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner