Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Anjey Kaspşik helikopter vurulmuş əraziyə getməyib - Müdafiə Nazirliyi

ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin ötən gün Ağdam rayonunda ermənilərə məxsus Mi-24 hərbi helikopterinin vurulduğu əraziyə baxış keçirməsi barədə yayılan məlumatın heç bir əsası yoxdur.

Bunu APA-ya açıqlamasında A. Kaspşikin helikopterin vurulduğu əraziyə baxış keçirməsi barədə yayılan məlumatlara münasibət bildirən Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

V. Dərgahlının sözlərinə görə, monitorinq qoşunların təmas xəttində, əvvəlcədən müəyyənləşdirilmiş və planlaşdırılmış ərazidə -  Ağdam rayonunun Mərzili kəndi yaxınlığında keçirilib və insidentsiz başa çatıb.

“Bəzi KİV-lər ATƏT-in mətbuat xidmətinə istinadən Anjey Kaspşikin Azərbaycan Ordusunun mövqelərinə hücum edərkən cavab atəşi ilə vurulmuş ermənilərin Mi-24 döyüş helikopterinin düşdüyü ərazidə olması barədə məlumat yayıblar. Düşmən tərəfi həmin ərazidə daim təxribatlar törədir. Bir daha bəyan edirik ki, ATƏT nümayəndələrinin və Kaspşikin oraya getməsi barədə məlumatın heç bir əsası yoxdur və bu yalandır. Onların təhlükəsizliyinə müəyyən olunmuş, yalnız monitorinqin keçirildiyi ərazidə zəmanət verilib. O ərazi isə helikopter düşən yerdən 20 km aralıdadır”.

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 18-də Ağdam rayonunun Mərzili kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilib. Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Saymon Tiller, Piter Svedberq və Yüksək səviyyəli planlaşdırma qrupunun rəhbəri, polkovnik Markus Uidmer (İsveçrə), təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Xristo Xristov, Yevgeni Şarov və Yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi Vitaliy Belokon (Rusiya) keçiriblər.

Erməni tərəfi işğal altındakı Azərbaycan ərazilərinə səfər etmiş A. Kaspşiklə bütün görüşlərdə Azərbaycan mövqelərinə hücum zamanı vurulmuş helikopterlə bağlı kömək göstərməsini xahiş edib və onu hadisə yerinə götürmək istəyiblər.






19 Noyabr, 2014  08:50 Baxılıb: 668 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner