Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ilə bağlı məhkəmə dinləmələri yanvara təxirə salınıb.
Simsar.az-ın musavat.com-a istinadən məlumatına görə, xəbər sabiq prezidentin vəkili Otar Kaxidzeyə istinadən yaylııb.
“Dinləmələr sabah (çərşənbə günü) olmayacaq. O, yanvar ayına təxirə salınıb”, - vəkil bildirib.
Qeyd edək ki, Tiflis məhkəməsi Mixail Saakaşvili barəsində qiyabi həbs qərarı çıxarıb. Keçmiş dövlət başçısı səlahiyyət həddini aşmaqda ittiham olunur.