Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Partiya sədrlərinin aksiyası niyə təxirə salındı?

18 noyabr 2014- cü ildə Demokratiya və İnsan Haqları Mərkəzində əməkdaşlıq edən siyasi partiyaların (KAXCP, ADP, BAP, Azadlıq, VİP, Aydınlar, ALDP, AXP) sədrlərinin iştirakı ilə növbədənkənar toplantı olub.  Musavat.com xəbər verir ki, toplantıda siyasi partiya sədrlərinin 19 noyabr 2014- cü il tarixdə Prezident Administrasiyası, Ali Məhkəmə və Baş Prokurorluq binaları qarşısında piket keçirmələri xəbərdarlığına  BŞİH-in mənfi cavabı ilə bağlı vəziyyət müzakirə edilib. BŞİH-in qadağası qanunsuzluq və ölkədə sərbəst toplanma azadlığının növbəti pozulması faktı kimi dəyərləndirilib.

11 siyasi partiya sədrinin siyasi məhbuslara azadlıq şüarı ilə piket keçirmək niyyəti  ətrafında  geniş informasiya axınının getməsi və hakimiyyətin piketi  qadağan etməsi siyasi məhbus probleminə və sərbəst toplanma azadlığına diqqətin cəlb edilməsi baxımından aksiyanın  qismən də öz məqsədinə nail olduğu hesab edilib.  Eyni zamanda aksiyanın BŞİH ilə  razılaşdırılacağı  təqdirdə keçirilməsi barədə partiya sədrlərinin mövqeləri nəzərə alınaraq 19 noyabr aksiyasının təxirə salınması məqsədəuyğun salınıb. Siyasi məhbuslara azadlıq tələbi ilə kütləvi aksiyalar keçirməyin gündəmdə saxlanması lazım bilinib.

Daha sonra DİHM- də əməkdaşlıq edən bir sıra partiya rəhbərlərinin PA-nın şöbə müdiri Əli Həsənovla görüş üçün müraciəti ilə bağlı məsələ barədə məlumat dinlənilib. ALDP sədri Fuad Əliyev və Azadlıq Partiyasının sədri Əhməd Orucun ABŞ səfirliyindəki görüşü barədə məlumat dinlənilib.






18 Noyabr, 2014  20:14 Baxılıb: 736 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner