Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Gələn ildən qanunsuz tikilən evlər söküləcək

Ölkədə tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi səlahiyyətləri Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi vasitəsilə həyata keçiriləcək. APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə təsdiqlənmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nda əksini tapıb. Mülkiyyət formasından və təyinatından asılı olmayaraq, tikintisinə icazə tələb olunan obyektin tikintisinin bütün mərhələlərində aparılan tikinti-quraşdırma işlərinə və barəsində məlumatlandırma icraatının tətbiq olunduğu obyektin tikintisinə Agentlik və Müfəttişlik tərəfindən dövlət nəzarəti həyata keçirilir. Barəsində məlumatlandırma icraatının tətbiq olunduğu mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisinə dövlət nəzarəti yalnız həmin tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinə uyğun tikilməsi istiqamətində həyata keçiriləcək. Dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs tərəfindən tikintiyə dövlət nəzarəti həyata keçirilərkən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən, yəni 1 yanvar 2013-cü ildən sonra başlanılmış və tikinti mərhələsində olan hər hansı tikinti-quraşdırma işlərinin aparılması aşkar edildikdə, həmin obyektin sökülməsi barədə Agentlik tərəfindən qərar qəbul ediləcək. Tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyi, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı tələblərinə riayət edilmədən yaşayış evinin tikildiyi müəyyən edildikdə, həmin tikinti obyektlərində tikinti-quraşdırma işlərinin dayandırılması barədə Agentlik qərar qəbul edəcək. Obyektdə tikinti-quraşdırma işləri başa çatdıqdan sonra həmin işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılmasını və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən yekun sənəd olaraq istismara hazırlıq aktı tərtib olunacaq. Həmin akt sifarişçinin, podratçının, layihəçinin və Müfəttişliyin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanacaq və tikinti obyektinin istismarına icazənin verilməsi barədə sifarişçinin müraciətinə əlavə olunaraq, müvafiq yerli icra hakimiyyəti orqanına təqdim ediləcək. “İstismara hazırlıq aktı”nın formasını Fövqəladə Hallar Nazirliyi təsdiqləyəcək.






18 Noyabr, 2014  19:41 Baxılıb: 743 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner