Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Korrupsiyaya qarşı mübarizə aparanlar Memorandum imzalayacaq

Baş prokuror Zakir Qaralov Beynəlxalq Antikorrupsiya Akademiyasının (İACA) ali qurumu - üzv dövlətlərin Assambleyasının 3-cü sessiyasında iştirakı ilə bağlı ölkəmizdə səfərdə olan Malayziya Krallığının Baş  nazirinin Aparatında nazir Pol Lou Senq Kuanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Zakir Qaralov Prezident İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktlarının, o cümlədən prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında müasirləşmə prosesinin davam etdirilməsi və köklü islahatların aparılması barədə ətraflı məlumat verib.

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulayan Baş prokuror Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin, o cümlədən Malayziya Krallığının Antikorrupsiya Komissiyası ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirdiyini bildirib.

Görüşdə Pol Lou Senq Kuan göstərilən yüksək qonaqpərvərliyə görə dərin minnətdarlığını bildirib, ölkəmizin məhkəmə, habelə prokurorluq orqanları ilə sıx əməkdaşlıq əlaqələrinin yaradılmasında böyük maraqlarının olduğunu deyib.

Ölkəsinin BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilərkən Azərbaycanın verdiyi dəstəyə görə Krallığın Baş nazirinin təşəkkürünü diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi Vüsal Hüseynov çıxış edərək dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə qonaqlara ətraflı məlumat verib.

Malayziya Antikorrupsiya Komissiyasının Baş Komissarı Abu Kassim Mohamed ölkələrimizin antikorrupsiya sahəsində beynəlxalq əməkdaşlığından məmnunluğunu ifadə edərək öz təşəbbüsü ilə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumların nümayəndələri üçün mütəmadi olaraq beynəlxalq tədbirlərin təşkil olunduğunu və bu tədbirlərdə Azərbaycanlı həmkarlarının  aktiv iştirakını xüsusi vurğulayıb.

Görüş çərçivəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Malayziya Antikorrupsiya Komissiyası arasında Əməkdaşlıq haqqında Memorandumun imzalanması barədə razılıq əldə edilib.

Sonra qonaqlar Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olublar.

Simsar.az






18 Noyabr, 2014  18:55 Baxılıb: 627 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner