Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Bayram Səfərov Ermənistan rəhbərlərinə səsləndi

“Azərbaycanlı girovları qətldə ittiham etmək və qondarma “məhkəmə”də bir-birinə qarşı qoymaq cəhdləri Ermənistan işğalçılarının növbəti provokasiyasıdır və buna dərhal son verilməlidir”. Bunu APA-ya açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

B.Səfərov bu gün Xankəndində keçirilən “məhkəmə”də Dilqəm Əsgərov və Şahbaz Quliyevin “bir-birini ittiham etməsi” barədə məlumatların Ermənistan tərəfinin təxribatı olduğunu bildirib: “Bu adamlar öz torpaqlarına, öz əzizlərinin məzarlarına baş çəkməyə gediblər. Bunu hamı birmənalı şəkildə qəbul etməlidir. Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərə kimisə qətlə yetirmək üçün getməyiblər. Onları girov saxlamaq, təzyiq altında hansısa ifadələrə vadar etmək qanunsuzdur və təxribatdır. Dilqəm Əsgərov və Şahbaz Quliyev tez bir zamanda azad olunmalıdır”.

Beynəlxalq təşkilatların bu istiqamətdə fəaliyyəti barədə sualı icma rəhbəri belə cavablandırıb: “Mən başqalarını bilmirəm, Azərbaycan rəhbərliyinin bu işlə ciddi məşğul olduğuna inanıram. Ermənistan rəhbərliyinə isə səslənirəm ki, günahsız insanların üzərindən şou yaratmağa son versinlər. Məqsədləri sülhdürsə, bunu başqa cür göstərsinlər”.






18 Noyabr, 2014  18:41 Baxılıb: 714 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner