Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

"Avtoş"lar Lənkəranı dağıtdı - DYP yoxa çıxdı - VİDEO

Toyda «avtoş»ların təhlükəli oyunu «ölüm oyununa» bənzəyir; həmin gün DYP harada olub?

Bu video ötən il noyabrın 3-də çəkilib. Bir il ərzində sosial şəbəkələrdə 65 min dəfə izlənən video Lənkəran şəhərinin mərkəzində çəkilib.

Avtosfer.az-ın məlumatına görə, müxtəlif markalı avtomobillərlə sözün əsl mənasında avtoxliqanlıq edən sürücülər həm bir-birlərinə, həm də qarşı yolda hərəkət edən avtomobillərə ciddi təhlükə yaradırlar. Toy günü böyüklərin nəzarətindən çıxan bu gənclər etdikləri əməlləri fəxrlə təbliğ etmək üçün klip halına salaraq sosial şəbəkələrdə yayıblar.

Lənkərandan olan oxucumuz Mahir Qurbanzadə Avtosfer.az-a bildirib ki, toy korteji əvvəlcə şəhərin içi ilə hərəkət edir. Bu əraziyə Lənkəran şəhər Dövlət Yol Polisi İdarəsi nəzarət edir. Amma göründüyü kimi, DYP şəhərin ortasında hoqqabazlıq edən bu maşınları sanki görmür. Onlar isə öz bildikləri kimi hərəkət edərək dairəyə yaxınlaşırlar. Bu əraziyə isə polkovnik Balakişi Əhmədovun komandirlik etdiyi Baş Dövlət Yol Polisi İdarəsinin alayı nəzarət edir. «Tras qəzarətçiləri» kimi tanınan DYP-nin Göytəpə postu nədənsə bu «avtoş»ları görmür. Maraqlıdır ki, hər gün bu yollara nəzarət edən DYP əməkdaşları məhz həmin gün, həmin saatda ortalıqda görünməyiblər. «Avtoş»lar isə dairədə elə oyunlardan çıxıblar ki, bir neçə dəqiqə ərzində bunu DYP nə «görüb», nə də «eşidib»…






18 Noyabr, 2014  17:17 Baxılıb: 1204 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner