Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İŞİD-ə təyyarələrlə silah göndərilir

İraqlı milət vəkili Hakim Zamlı ölkənin üçdə birini ələ keçirən İŞİD təşkilatına bəzi ölkələrin hava yolu ilə silah və hərbi təchizat daşındığını iddia edib.

Simsar.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, İraq Parlamenti Təhlükəsizlik və Müdafiə Komissiyasının sədri Hakim Zamlı bəzi ölkələrin təşkilatın işğalı altında olan Mosul yaxınlığında Telafer mahalındakı hava limanı vasitəsilə İŞİD-ə silah və hərbi təchizat göndərdiyini deyib.

Hakim Zamlı bunu qarşısını almaq üçün İraq Ordusunun İŞİD-in işğal altındakı aerodromları vurmasının  lazım olduğunu söyləyib.

Lakin Hakim Zamlı günahlandırdığı ölkələrin adları haqda  məlumat verməyib.

Keçən həftə Bağdada enən yük təyyarəsi haqqında məlumat verən H.Zamlı “Silah və sursat daşıyan yük təyyarəsi İraq hava sahəsini pozan ilk təyyarə  deyil. Bu hadisə ilə bağlı istintaqlar davam edir” - şəklində danışmışdı.

Qeyd edək  ki, İraq Parlamenti keçən həftə Bağdada enən 40 tonluq silah və sursat daşıyan Rusiya yük təyyarəsini araşdırmaq üçün komissiya yaratmışdı.

Haqqında danışılan təyyarə Bağdada getmədən əvvəl Süleymaniyyə Beynəlxalq Havalımanına daxil olmaq istəmiş, ancaq icazə verilməmişdi.

Simsar.az







17 Noyabr, 2014  20:51 Baxılıb: 842 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner