Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Suriya köçkünləri bu şərtlərdə təhsil alırlar - FOTOLAR

Kilisdə konteyner şəhərlərin xaricində yaşayan suriyalı ailələrin 10 min uşağından 5 mini açılan məktəblərdə təhsil alırlar. Simsar.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, şəhərdəki 7 məktəbdən ən şəraitlisi olan Suriya Təhsil və Mədəniyyət Mərkəzində 2 mindən çox şagirdə təhsil alır. Suriyada müəllimlik fəaliyyəti ilə məşğul olanlar burada təkrar imtahan verib 500 manat maaş qarşılığında peşələrini davam etdirirlər. Türkiyəli müəllimlərin də təhsil verdiyi mərkəz 2012-ci ildən xidmət göstərir.

Şəhər əhalisindən çox suriyalıların yaşadığı  Kilisdə təhsil mərkəzinin direktoru Abdulgani Hammadi kağızdan güllə qələmə qədər hər şeyə ehtiyaclarının olduğunu dilə gətirərək hökumətdən daha çox dəstək gözlədiyini söyləyib.

101 nəfərlik sinifdən dərs

Hər sırada 4-5 şagirdin oturduğu notları gündə 3 qrup qeydə alır. Sonradan şagirdlərin sayı 101 nəfərdən 70-ə  düşüb. Yəni 35 nəfərlik notlarla 70 adam tədris olunur. Şagirdləri 3 qrupa ayırmalarına baxmayaraq məktəb tələbin yarısını beləqarşılaya bilməyib. Şagirdlər sabah, günorta və axşam qruplarına bölünərək təhsilərinə davam edirlər.

Milli Təhsil Nazirliyinin çıxartdığı yeni qaydaya görə, bu məktəblərdən məzun olan tələbələrin  aldıqları diplom Türkiyə bütün dünyada etibarlılıq qazanacaq.

Uzun müddət müəllimlərə maaş belə verə bilmədiklərini söyləyən məktəbin direktoru A.Hammadi Mavi Hilal Dərnəyi və İHH-nın ən böyük dəstəkçiləri olduqlarını və məktəb binasının kommunal xərclərini Kilis Bələdiyyəsinin qarşıladığını bildirib. Suriyada təxminən 4 ildir Əsəd rejiminə qarşı döyüşən Azad Suriya Ordusunun onlara  maddi və mənəvi dəstək verdiyini dilə gətirib.

Əsasən könüllülərdən  ibarət olan pedaqoqlar yay aylarında da suriyalı şagirdlərə oxuma yazma öyrədirlər.

Aysel Kərimova






17 Noyabr, 2014  20:18 Baxılıb: 745 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner