Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Yollarımız alternativ enerji ilə işıqlandırılacaq

Azərbaycanda yolların işıqlandırılmasında ölkədə istehsal olunan alternativ enerjidən istifadə olunacaq.

Simsar.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov bildirib.

“Hazırda Azərbaycan yolları layihəsi içərisində ən önəmli yeri Sumqayıt şəhərinin çıxacağında 2,8 meqavatlıq stansiya və Qaradağ rayonu ərazisində Sahil və Səngəçal stansiyaları tutur. Bu stansiyaların ümumi həcmi 10 meqavat olacaq. Bu istiqamətdə işlər davam edir. Sumqayıt Günəş istilik stansiyası demək olar ki, tamamlanır. Qaradağ rayonunda isə panellərin düzülmə prosesi davam edir. Üç ay müddətinə biz bu stansiyaları tamamlayıb, “Azərenerji”nin şəbəkəsinə qoşula biləcəyik”, - deyə A. Bədəlov bildirib.

Onun sözlərinə görə, bu stansiyalarda istehsal olunan enerji birbaşa Bakı-Qaradağ istiqamətində Gəncə, Lənkəran və Sumqayıt, Bakı-Xaçmaz istiqamətində yolların işıqlandırılmasına yönəldiləcək.

Qeyd edək ki, yay aylarında Suraxanıda istifadəyə verilən stansiyasında istehsal olunan enerji hesabına Bakı ətrafı magistral yollar işıqlandırılır.







17 Noyabr, 2014  18:54 Baxılıb: 738 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner