Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakı məktəbliləri universitetlərə daha çox daxil olur

Bakı şəhəri üzrə məktəblilərin fənn olimpiadasının I mərhələsində 6472 nəfər iştirak edib.

Təhsil Nazirliyindən Simsar.az-a verilən məlumata görə,  II mərhələyə vəsiqə qazanmış 311 nəfərdən hər sinif və fənn üzrə 3 ən yüksək nəticə göstərən 54 nəfər şagird Respublika turuna vəsiqə qazanıb. Onlardan 2 nəfər I, 3 nəfər II, 6 nəfər III, 8 nəfər IV yerə layiq görülüb.

Hesabat ili ərzində BŞTİ-nin tabeçiliyində olan məktəblərdən 28 nəfər qızıl, 1 nəfər gümüş medala layiq görülüb.

Ali məktəblərə tələbə qəbulunda Bakı məktəblərinin xüsusi çəkisi artıb. Belə ki, 2013-cü il ilə müqayisədə ali təhsil müəssisələrinə qəbul olmuş məzunlarımızın həm sayı, həm də faiz göstəricisi (ümumi məzun sayına nisbətdə) artaraq (müvafiq olaraq 2013-cü ildə 20.041 məzundan 9.397 nəfər, 2014-cü ildə isə 19.684 məzundan 10.100 nəfər) 46.88%-dən 51,31%-dək artıb. Eksternat imtahanının nəticələrinə görə, 92 nəfər attestat, 21 nəfər şəhadətnamə alıb.

Məlumatda qeyd edilib ki, I sinfə şagird qəbulu Təhsil Nazirliyinin təlimati məktubuna uyğun olaraq aparılıb. 2014-2015-ci dərs ilində I sinfə 41946 nəfər şagird qəbul olunmuş və 1557 sinif açılıb.

Təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə əmrinə müvafiq olaraq Bakı şəhərində yerləşən və BŞTİ–nin tabeliyində olan məktəblərə qəbul iyul ayının 20-dən avqust ayının 20-dək elektron ərizələr vasitəsilə aparılıb.

Qeyd edək ki, “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən I sinfə qəbul həmin il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.

Xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu prosesinin (elektron ərizələrin qəbulu, bildirişlərin göndərilməsi, cavabarın saytda yerləşdirilməsi) www.bakuedu.az saytı vasitəsi ilə aparılması bu tədris ilinin yeniliklərindəndir. Prosesin şəffaflığını artırmaq üçün müsahibə prosesi bütövlükdə video kameralar vasitəsi ilə yazılıb.

“Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na uyğun olaraq Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə I sinfə qəbul olunmaq istəyənlərlə keçirilən müsahibədə bu il 3434 nəfər iştirak edib. Müsahibələrdə iştirak edən uşaqların 1893 nəfəri I sinfə qəbul olmuş 1541 nəfəri isə müsahibədən keçə bilməyib.

Aysel Kərimova






17 Noyabr, 2014  17:42 Baxılıb: 627 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner