Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Milli Tolerantlıq Mərkəzi gəncləri topladı

Milli Tolerantlıq Mərkəzi 16 noyabr Beynəlxalq Tolerantlıq Günü münasibəti ilə “Tolerantlıq-Azərbaycan xalqının milli zənginliyi kimi” mövzusunda növbəti tədbir keçirib.

Simsar.az xəbər verir ki, tədbir müxtəlif konfessiyalara mənsub icma nümayəndələri olan gənclərin, o cümlədən tarix, beynəlxalq münasibətlər, beynəlxalq hüquq və kulturulogiya sahəsində ixtisaslaşmış tələbə və gənclərin iştirakı ilə baş tutub.

Tədbirin açılışında Mərkəzin icraçı direktoru Elmin Əliyev müxtəlif məkanları, tarixləri birləşdirən tolerantlıq prinsiplərinin eyni zamanda islami dəyərləri də özündə əks etdirdiyini bildirib. Mərkəz direktoru getdikcə kiçilən, qloballaşan dünyada sülhün və əmin-əmanlığın bərqərar olması üçün dini və milli ekstrimizmə qarşı marifləndirmə işinin labüdlüyünü vurğulayıb, tarixi kökləri və nəzəri əsasları baxımından Azərbaycanın tolerantlıq modelinin bu gün bütün dünyaya nümunə ola biləcəyini, habelə Azərbaycan gənclərinin vətən məfhumu ilə yoğrulmuş bu bəşəri dəyəri qorumasının vacibliyini qeyd edib.

Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov Azərbaycan dövlətinin fərqli dinlərə və etnik qruplara qarşı bərabərhüquqlu mövqe nümayiş etdirdiyinə, inanc azadlığının mövcud qanunvericiliklə təmin edildiyinə dair ətraflı məlumat verib. Sonrakı çıxışçılar da dinlərarası yaxınlaşma və radikalizmin fəsadları konteksində ölkəmizdəki birgəyaşayış ənənəsinin əsas prinsipləri haqqında məruzələrlə çıxış ediblər.

Sonda Milli Tolerantlıq Mərkəzinin sifarişi əsasında çəkilən və bölgələrdə tarixi tolerantlıq ənənələrini əks etdirən “Fərqliliyimiz zənginliyimizdir” adlı qısametrajlı filmin təqdimat keçirilib.

Qeyd edək ki, fəaliyyət prioriteti dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafına yönəlmiş layihələrin dəstəklənməsi, bu istiqamətdə maarifləndirici tədbirlərin təşkil edilməsi olan Milli Tolerantlıq Mərkəzi ötən həftə ərzində Beynəlxalq Tolerantlıq Günü münasibətilə ölkə daxilində və xaricdə bir neçə tədbir həyata keçirib.

 






17 Noyabr, 2014  17:26 Baxılıb: 650 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner