Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

II Beynəlxalq Aşıq Festivalı başa çatır

Noyabrın 12-də Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyi və Aşıqlar Birliyinin təşkilatçılığı ilə Bakıda start götürən II Beynəlxalq Aşıq Festivalı növbəti günlərdə də bölgələrdə maraqlı proqramlarla davam edib.

Simsar.az xəbər verir ki, Azərbaycan, Türkiyə, İran, Özbəkistan, Türkmənistan, Dağıstan (Rusiya Federasiyası), Qazaxıstan, Gürcüstandan olan aşıqlar əvvəlcə Yevlax şəhərində böyük konsert proqramı ilə çıxış ediblər. Qonaqları rayon Mədəniyyət və Turizm Şöbəsinin "Aşıqlar" qrupu və uşaq yaradıcılıq mərkəzinin "Sevinc" rəqs qrupu qarşılayıb. Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədov festivalın işinə uğurlar arzulayıb.

Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev çıxış edərək bildirib ki, ozan-aşıq sənətinin yaşadılmasında və bütün dünyaya çatdırılmasında bu festivalın böyük rolu var. Beynəlxalq tədbir Azərbaycan dövlətinin aşıq sənətinin inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Sonra müxtəlif ölkələri təmsil edən aşıqların ifası dinlənilib və tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Həmin gün festival çərçivəsində daha bir konsert aşıqlar yurdu Gədəbəydə keçirilib. Rayon Aşıqlar Məktəbində reallaşdırılan proqramda İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov qonaqları salamladıqdan sonra Gədəbəydə son illər aparılan geniş abadlıq-quruculuq işlərindən söz açıb. Qeyd edib ki, ölkəmiz çox səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi edir: "Bu festival da həmin tədbirlərdən biridir. Heydər Əliyev Fondu, Fondun rəhbəri, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ozan-aşıq sənətinin yaşadılması və gələcək nəsillərə çatdırılması üçün çox böyük işlər görür. Bu festival da həmin işlərin məntiqi davamıdır".

Sonra söz aşıqlara verilib. Qocaman aşıq, Prezident təqaüdçüsü İsfəndiyar Rüstəmovun rəhbərlik etdiyi ansambl ifası ilə tamaşaçıların qəlbini oxşayıb. Daha sonra səhnəni digər ölkələrdən gələn aşıqlar bölüşüb.

Noyabrın 14-də aşıq festivalı Tovuz rayonunda davam edib. İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov qonaqları salamlayaraq belə bir möhtəşəm tədbirin Tovuzda da keçirilməsindən bütün rayon əhalisinin məmnun olduqlarını diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan aşıq sənətinin inkişafında və təşəkkül tapmasında Tovuz aşıqlarının böyük rolu olub. Rayonda aşıq sənətinin yaşadılması və gələcək nəsillərə çatdırılması məqsədilə böyük bir aşıq sənəti muzeyinin inşa olunur və yaxın günlərdə istifadəyə veriləcək.

Professor Qəzənfər Paşayevin Tovuz aşıq mühitinin tanınmış simaları haqqında fikirləri zala toplaşan insanların alqışları ilə qarşılanıb.

Sonra 8 ölkəni təmsil edən aşıqlar səhnədə bir-birini əvəz ediblər. Onların hər birinin ifası tamaşaçıların böyük alqışlarına səbəb olub.

Festival çərçivəsində daha bir konsert proqramı noyabrın 15-də Azərbaycan aşıq sənətinin beşiklərindən sayılan Qazaxda təşkil olunub. İştirakçılar əvvəlcə Heydər Əliyev Mərkəzində, eyniadlı parkda olub, ümummilli liderin abidəsi önünə gül dəstələri qoyublar.

Sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov festivalda iştirak etdiklərinə görə qonaqlara təşəkkürünü bildirib, onlara hədiyyələr təqdim edib.

Rayon Mədəniyyət evində keçirilən konsert qazaxlıların xüsusi alqışları ilə qarşılanıb.

II Beynəlxalq Aşıq Festivalı öz işini noyabrın 16-da Şəmkir şəhərində keçirilən konsert proqramı ilə davam etdirib. Qonaqlar əvvəlcə şəhərin mərkəzində yerləşən Bayraq meydanında Heydər Əliyev Mərkəzində, Gənclər Zəka Mərkəzində, şəhər parkında olublar.

Şəmkir Şəhər Mədəniyyət Mərkəzində gerçəkləşən konsert proqramı zalda toplaşan ictimaiyyət nümayəndələrinin sürəkli alqışları ilə müşayiət olunub. Axırda bütün iştirakçı ölkələrin təmsilçilərinin birlikdə ifası səslənib. Cəmi bir neçə saat müddətində yaradılan aşıq havası məhz bu festivalı tərənnüm edib.

Konsert proqramının sonunda bütün iştirakçılara festivalda iştirak etdiklərinə görə Mədəniyyət və Turizm Nazirliyinin diplomları təqdim olunub.

Noyabrın 17-də festival iştirakçıları sonuncu konsert proqramı ilə Ucar rayonunda çıxış edəcəklər.

Günel






17 Noyabr, 2014  11:30 Baxılıb: 1213 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner