Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

AKB beynəlxalq turizm sərgisində iştirak edəcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən AKB( Azərbaycan Konqreslər Bürosu) "EİBTM 2014" beynəlxalq turizm sərgisində iştirak edəcək.

Nazirliyin mətubat xidmətindən Simsar.az-a bildirilib ki, biznes turizmi sahəsində konfrans, seminar və görüşlərin təşkili üzrə ixtisaslaşmış sərgi olan EİBTM cari ilin 18-20 noyabr tarixlərində İspaniyanın Barselona şəhərində təşkil ediləcək.

Ölkəmizin nailiyyətlərinin və biznes turizm potensialının beynəlxalq aləmdə təbliği ilə məşğul olan Azərbaycan Konqreslər Bürosu tədbirdə xüsusi stendlə təmsil olunacaq. Stenddə ölkənin turizm bazarı iştirakçıları və mehmanxanaları haqqında məlumat öz əksini tapacaq.

51 kvadrat metr sahəsi olan stenddə Büronun üzvü olan Fairmont Baku, Hilton Baku, JW Marriott, Kempinski Hotel Badamdar, Absheron Hotel Group və Jumeirah Bilgah Beach Hotel kimi ölkənin aparıcı mehmanxanaları və eyni zamanda ölkənin peşəkar turizm agentlikləri olan Victory Tour, Millennium Tourism və Regea Travel təmsil olunacaq.

Hər il 3,000-dən çox turizm bazarı iştirakçısını və 15,000-ə yaxın mütəxəssisi bir araya gətirən EİBTM öz fəaliyyətinə 1988-ci ildə Cenevrədə başlayıb.

Beynəlxalq aləmdə aparıcı turizm sərgisi olan EİBTM özünün Hosted Buyer Programme-ı (Ev Sahibi Alıcı Proqramı) sayəsində turizm sənayəsinin aparıcı qüvvələrini bir araya gətirir və burada iştirakçılar üçün ən gözəl imkanları təqdim edir. Sərgi dünyanın 100-dən çox ölkəsindən olan5,000-dən çox təchizatçı, 17,000-dən çox təşkilatçı və 100,000-ə yaxın planlaşdırılmış görüşə çıxışı təmin edir.

EİBTM Avropa, Amerika, Çin, Avstraliya, Yaxın Şərq, Afrika və Hindistanda təşkil etdiyi tədbirləri ilə İBTM Global Events Portfolio-nun (İBTM Qlobal Tədbirlər Portfolio) aparıcı sərgisidir.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılan Azərbaycan Konqreslər Bürosunun əsas məqsədi ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsidir.

2013-cü ilin sonlarından fəaliyyətə başlayan Büro Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanı beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim olunması üçün çalışır.

Günel






17 Noyabr, 2014  11:10 Baxılıb: 825 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner