Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Prezident Latviya Respublikasının daxili işlər nazirini qəbul edib

İlham Əliyev Latviya Respublikasının daxili işlər naziri xanım Linda Murniesenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

AzərTAc dövlət agentliyinin məlumatına görə, Latviya Respublikasının daxili işlər naziri xanım Linda Murniesenin ölkəmizə səfər proqramının kifayət qədər geniş olduğunu vurğulayan dövlətimizin başçısı bu səfərin uğurlu olacağına əminliyini ifadə edib. Riqaya səfərindən sonra Latviyadan Azərbaycana ilk dəfə belə yüksək səviyyəli nümayəndə heyətinin gəlməsinin önəmini qeyd edən Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin inkişaf dinamikasının davam etməsindən və genişlənməsindən məmnunluğunu bildirib. Riqada latviyalı həmkarı ilə əldə olunan razılaşmaya uyğun olaraq əlaqələrimizin bütün istiqamətlərdə inkişaf etdirilməsinin zəruriliyini bildirən Prezident İlham Əliyev Latviyanın daxili işlər naziri xanım Linda Murniesenin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin genişlənməsi baxımından əhəmiyyətli olduğunu deyib.

Daxili işlər naziri xanım Linda Murniese Latviya Respublikasının Prezidenti Valdis Zatlersin salamlarını dövlətimizin başçısına çatdırıb. O, Latviya Prezidentinin Prezident İlham Əliyevin Riqaya səfərini və dövlətimizin başçısı ilə keçirdiyi əvvəlki bütün görüşləri məmnunluqla xatırladığını vurğulayıb. Xanım Linda Murniese ölkəmizə səfəri zamanı keçirəcəyi görüşlərin əlaqələrimizin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli olacağına əminliyini bildirib.

Dövlətimizin başçısı Latviya Respublikasının Prezidenti Valdis Zatlersin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Latviya dövlətinin başçısına çatdırmağı xahiş edib.






18 Aprel, 2011  18:29 Baxılıb: 1100 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner