Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Xarici dövlət borcumuz açıqlandı

Bu ilin oktyabr ayının 1-nə Azərbaycanın xarici dövlət borcu 6 mlrd. 380,7 mln. ABŞ dolları (5 mlrd. 5,1 mln. manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 8,5% təşkil edib.

Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, borc vəsaitlərinin 7,4%-i 10 ilə qədər, 61,3%-i 10 ildən 20 ilə qədər, 31,3%-i isə 20 ildən artıq olan müddətə cəlb olunub.

Hesabat dövrünə xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub: XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) - 10.4%, valyutalar üzrə isə ABŞ dolları ilə – 63,7%, avro – 21,7%, yapon yeni – 2,2%, İslam dinarı – 0,8%, Səudiyyə rialı – 0,5 %, BƏƏ dirhəmi – 0,5 %, Küveyt dinarı – 0,2%.

Əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə sərf edilib.







17 Noyabr, 2014  10:57 Baxılıb: 852 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner