Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycan Konqreslər Bürosuna yeni üzv qəbul olundu

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılan Azərbaycan Konqreslər Bürosu"PASHA Travel" şirkətini üzvləri sırasına qəbul edib. Bu barədə Simsar.az-a nazirliyin mətbuat xidmətindən xəbər verirlib.

"PASHA Travel" 2003-cü ildə Azərbaycanda daşınmaz əmlak və tikinti, sığorta və bank işi sahələrində fəaliyyət göstərən "PASHA Group" holdinqinin nəzdində təsis edilib. Fəaliyyəti dövründə bir çox uğura imza ataraq özünü etibarlı və peşəkar tərəfdaş kimi tanıdan "PASHA Travel" ölkəmizdə fəaliyyət göstərən tanınmış korporativ turizm agentliklərindən biri kimi güclü nüfuza malikdir.

Şirkət öz müştərilərinə aviabiletlər, mehmanxanalar, transferlər və turların əvvəlcədən sifarişlə əldə edilməsi (bron), habelə viza xidmətlərinin göstərilməsi və korporativ tədbirlərin təşkili də daxil olmaqla, dünyanın istənilən nöqtəsinə səfərlər üzrə xidmətlərin tam spektrini təklif edir.

Büro ilə əldə olunan razılaşmadan məmnunluq ifadə edən "PASHA Travel" turizm agentliyinin icraçı direktoru Nataliya Solovyova bu əməkdaşlığın hər iki tərəf üçün böyük perspektivlər açacağına inandıqlarını vurğulayıb.

Xanım Solovyova qeyd edib ki, şirkət cari ilin dekabr ayının 1-dən etibarən rəsmən Azərbaycan Konqreslər Bürosunun üzvləri sırasına qoşulacaq. "Biz bu üzvlüklə fəxr edir və inanırıq ki, Büronun üzvü olmaqla Azərbaycanın MİCE (biznes turizm) məkanı kimi təbliğində mühüm addım atmış olacayıq."

İcraçı direktor həmçinin Azərbaycan Konqreslər Bürosu və dəyərli tərəfdaş vəmüştəriləri iləgələcək əməkdaşlığı səbrsizliklə gözlədiklərini ifadə edib. "Büro və onun üzvləri birlikdəümumiməqsəd üçün çalışan böyük birgücü-yüksək təcrübəlimütəxəssislər qrupunu formalaşdırır və bu birlik stereotiplərinqırılmasına və AzərbaycanınMİCElayihələrinin təşkili üçün bir nömrəlitəyinata çevrilməsinə xidmət edəcək."

Xanım Solovyova vurğulayıb ki, zəngintarixi, mədənivə təbii sərvətləri olan ölkəmizdə, hər zaman qonaqlara təklif etməyə yeniliklər və buradakı istirahəti unudulmaz etmək üçün bütün vasitələr var. "Turizm sənayesinə göstərilən böyükdövlət dəstəyivə bu sahəyə qoyulan investisiyalar, Azərbaycan Konqreslər Bürosuna imkan verir ki, Büro öz müştərilərinə beynəlxalq və yerli mehmanxanalar zəncirini, dünya mətbəxindən milli təamlara qədər geniş çeşid təklif edən restoranlar və müxtəlif tədbirlərin yüksək səviyyədə təşkili üçün nəzərdə tutulan müasir məkanlar təklif etsin."

2013-cü ilin sonlarından fəaliyyətə başlayan Azərbaycan Konqreslər Bürosunun fəaliyyət sahəsinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanı beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim etmək, beynəlxalq tədbirlərdə iştirak və s. bu kimi biznes əhəmiyyətli işlər daxildir.

Büronun əsas hədəflərindən biri yüksək peşəkarlığı və rəqabətədavamlılığı ilə seçilən Azərbaycan Görüşlər İttifaqı yaratmaq və inkişaf etdirməkdir.

Günel







17 Noyabr, 2014  10:43 Baxılıb: 796 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner