Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İctimai Palata prosesi iflas həddinə gətirib çıxardı

Sərdar Cəlaloğlu: "Onlar müxalifətin bir araya gəlməsində maraqlı deyillər"

“İctimai Palata ideyası son illər Azərbaycanda həyata keçirilməsinə cəhd edilən ən mütərəqqi ideyalardan biridir. Təəssüf ki, bu ideyanı həyata keçirən insanlar əvvəlki illərdə olduğu kimi, prosesi iflas həddinə gətirib çıxardılar. 


Dünənki aksiya göstərdi ki, xalq kifayət qədər hazırlanmadan, mitinqin keçirilməsi üçün zəruri işlər görülmədən, o cümlədən beynəlxalq ictimaiyyəti bu məsələlərin vacibliyinə yönəltmədən, belə aksiyaların keçirilməsi ən yaxşı halda 17 apreldəki mənzərəni yaradacaq. Bunu İctimai Palatanın siyasi mübarizəsinin iflası kimi dəyərləndirirəm”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

S. Cəlaloğlu bildirib ki, İctimai Palatanın (İP) iflasa uğrayacağını qabaqcadan dəfələrlə həmin quruma daxil olan partiya liderləri ilə görüşlərdə deyib: “Təəssüf ki, bizim düzgün analizlərimizə qeyri-sağlam münasibət olub. 2003, 2005-ci illərdə hansı ssenari üzrə proseslər inkişaf edirdisə, indidə həmin ssenari üzrə gedir. Təxminən eyni adamlar həbs olunub, beynəlxalq ictimaiyyət baş verənlərə reaksiya bildirmir, İctimai Palatanın rəhbərliyi isə hadisələrə adekvat qərar verə bilmir”.

ADP sədrinin fikrincə, İP-in 2 aprel aksiyasından sonra kütləvi tədbirlər dayandırılmalı, müxalifətin daha geniş koalisiyası yaradılmalı, ölkədə bütün siyasi güclər bir mərkəzdə birləşməli, Azərbaycanda siyasi dəyişilmələr naminə iqtidara təzyiq edib, hökumətin dinc yolla siyasi islahatlara başlanmasına nail olunmalı idi: “Amma İctimai Palatanın hərəkətlərindən belə göründü ki, onlar müxalifətin bir araya gəlməsində maraqlı deyillər. Azərbaycanda siyasi dəyişilmələrin islahatlar yolu ilə aparılmasını istəmirlər, ona görə də tələm-tələsik, hazırlıqsız, ərəb inqilablarının ruhundan təsirlənən kəsimin üzərində siyasət qurdular. Təbii ki, emosiyalara istinadən edən qərarlar da bu cür məğlubiyyətə uğradı”.

Qeyd edək ki, dünən eyni sözləri YAP funksioneri Siyavuş Novruzov da deyib. O da İctimai Palatanın 17 aprel aksiyasının iflasa uğradığını bildirib. S.Cəlaloğlu və S.Novruzov eyni kənddəndirlər - Naxçıvan NMR-in Babək rayonunun Cəhri kəndindən.







18 Aprel, 2011  17:44 Baxılıb: 1213 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner