Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Fələstin yenə qarışdı

Qüdsdə bir fələstinlinin idarə etdiyi avtobusda cəsədi tapılıb. Bu hadisədən sonra Şərqi Qüdsün ət-Turra, əl-Ayzeriyye, Ebu Dis və ras əl-Amud bölgələrində İsrail polisi və fələstinlilər arasında qarşıdurma yaranıb.

Simsar.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə şahidlərinin məlumatlarına görə polis fələstinlilərə qarşı gözyaşardıcı qazlardan və plastik mərmilərdən istifadə edib.

Digər yandan isə Fetih, Həmas, Fələstin Qurtuluş Xalq Cəbhəsi və Fələstin Demokratik Qurtuluş Cəbhəsi hadisədə İsrail dövlətinin məskunlaşdırdığı Yəhudilərin məsuliyyət daşıdığını elan ediblər. Və etiraz olaraq ümumi tətilə qərarı verdiklərini açıqlayıblar.

Qeyd edək ki, İsrailə aid bir avtobus firmasında sürücü olaraq çalışan fələstinli Həsən Yusif ər-Ramunin dünən şəxsi avtobusunda boğazından asılı vəziyyətdə cəsədi tapılıb. İsrail polisi isə qısa araşdırmadan sonra hadisənin intihar olduğunu açıqlayıb. Və bu da fələstinlilərin etirazına səbəb olub. Fələstin mediyasında isə mərhumun çəkilən şəkillərində bədəninin müxtəlif yerlərində göyərmələrin olduğu və onun öldürülməmişdən əvvəl döyüldüyünün sübut edildiyi iddia edilir.

Vüsal Qarayev







17 Noyabr, 2014  09:25 Baxılıb: 754 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner