Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Şeyxə Belarusun ordeni təqdim olundu

Dini tolerantlığın möhkəmləndirilməsi layihəsi çərçivəsində “Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar” mövzusunda Bakıda keçiriləcək beynəlxalq konfransın iştirakçılarının şərəfinə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən ziyafət verilib.

AzərTAc xəbər verir ki, ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şaxtaxtinski mərasimdə çıxış edərək beynəlxalq konfransın əhəmiyyətindən danışıb. Bildirilib ki, konfransda Azərbaycandakı tolerantlıq modeli müzakirə ediləcək, ATƏT məkanında tolerantlığa dair çağırışlar olacaq.

Belarusun Azərbaycandakı səfiri Nikolay Pastkeviç ölkəmizdəki tolerantlıq mühitindən bəhs edib. O, Belarusun da daim bu məsələyə xüsusi diqqət ayırdığını vurğulayıb. Azərbaycan-Belarus münasibətlərindən danışan səfir ölkələrimiz arasında bütün sahələrdə yaxşı əlaqələrin olduğunu bildirib.

Diplomat bildirib ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şurasının həmsədri, MDB müsəlmanlarının Məşvərət Şurasının sədri, Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadəni Belarus-Azərbaycan dövlətlərarası dialoqunun inkişafına verdiyi mühüm töhfəyə, ölkələrimiz arasında ticarət-iqtisadi və mədəni əlaqələrin genişlənməsindəki fəaliyyətinə və dinlərarası razılığın möhkəmləndirilməsində gördüyü işlərə görə “Fransisk Skorina” ordeni ilə təltif edib.

Səfir N.Pastkeviç ordeni Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə təqdim edib.

Şeyxülislam Allahşükür Paşazadə fəaliyyətinə verilən belə yüksək qiymətə görə Belarus Prezidenti Aleksandr Lukaşenkoya dərin minnətdarlığını bildirib. Vurğulayıb ki, orden Azərbaycanda mövcud tolerantlıq ənənələrinə verilən yüksək qiymətdir.

Şeyxülislam ölkədə müxtəlif dini icmaların nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadığını qeyd edib. QMİ sədri bildirib ki, belə mötəbər beynəlxalq konfransın ölkəmizdə keçirilməsi Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir.

Tədbirdə Milli Məclisin deputatları, dövlət və hökumət nümayəndələri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, din xadimləri iştirak ediblər.

 






16 Noyabr, 2014  23:44 Baxılıb: 651 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner