Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ermənilər Ağdamda yenə helikopterlərdən istifadə ediblər

Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində keçirilən hərbi təlimlərdə ötən gün yenidən hərbi helikopterlər havaya qaldırılıb.

Simsar.az-ın məlumatına görə, Ermənistan mediası Ağdam rayonunun işğal olunmuş ərazilərində prezident Serj Sərkisyanın da izlədiyi təlimdə Mi-24 döyüş helikopterlərinin uçuşu və raket atışlarının foto və videolarını nümayiş etdirib.

Təlimdən yayımlanan fotolarda erməni əsgərlərinin «İqla» portativ zenit-raket sistemindən də atışlar həyata keçirdiyi nümayiş olunub.

Qeyd edək ki, ermənilərin açıqladığı rəsmi məlumata görə, Qarabağda keçirilən «Birlik-2014» adlı təlimə 2100 artilleriya sistemi, 850 zirehli texnika, 450 ədəd hava hücumundan müdafiə vasitəsi, 1600 tank əleyhinə vasitə, 260 xüsusi texnika və 4200 avtomobil texnikası cəlb olunub. Təlimlər noyabrın 15-də başa çatacaq.

Noyabrın 12-də Ağdam ərazisində keçirilən təlim zamanı Azərbaycan Ordusunun mövqelərinə hücum edən Ermənistan HHQ-nin bir ədəd Mi-24 döyüş helikopteri Azərbaycan hərbçiləri tərəfindən məhv edilib.







15 Noyabr, 2014  15:30 Baxılıb: 661 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner