Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Başqanın izahatları yanlışdır – Qubad İbadoğlundan CAVAB

“Arif  Hacılının söylədiklərinin bir hissəsi həqiqətdir, bir hissəsi isə reallığı əks etdirmir”.

Bunu Simsar.az-a Müsavat başqanlığına keçmiş namizəd, iqtisadçı ekspert Qubad İbadoğlu deyib.

Arif Hacılının “Qubad İbadoğluna 3 dəfə görüşməyi təklif etmişəm, amma o gəlməyib” iradına cavab verən sabiq namizəd bildirib ki, həqiqətən aramızda görüşməklə bağlı yazışma olub. İlk təşəbbüs də ondan gəlib: “Birinci dəfə onun təklif etdiyi vaxtda mənim imkanım olmayıb. Mən isə başqa vaxt təklif etmişəm. Mənə söz verib ki, həmin vaxtla baxlı əlavə yazışarıq. Amma sonradan bununla bağlı heç bir yazışmamız olmayıb. İkinci dəfə təklif edəndə Finlandiyada səfərdə olmuşam. Üçüncü dəfə təklif edəndə Salyanda yas mərasimində olmuşam. Göründüyü kimi səbəblər olduqca ciddir. Buna baxmayaraq hər üç təklifə müsbət cavab vermişəm, görüşməyə hazır olduğumu söyləmişəm”.

Q.İbadoğlu həmçinin söyləyib ki, xaricdən qayıtdıqdan sonra bir neçə dəfə partiya mərkəzi qərargahına gedib. Həmin vaxtlarda Arif Hacılı da orada idi. Yəni Arif Hacılının həmin anlarda görüşməklə bağlı təklif irəli sürmə şansları olub.

Onun sözlərinə görə başqanlığa keçmiş namizədlərin hər birini ayın 8-də keçirdiyi toplantıya dəvət edib: “İstəyirdim ki, toplantı zamanı birgə müzakirələr aparaq. Amma təəssüflər olsun ki, həmin vaxtda da Arif Hacılı qərargahda olmağına baxmayaraq toplantıya gəlmədi. Onun təkliflərlə bağlı söylədikləri düzdür. Görüşün alınmaması ilə bağlı verilən izahatlar isə tamamilə yalnışdır”.

Hüseyn İbadlı







15 Noyabr, 2014  12:02 Baxılıb: 759 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner