Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Vaşinqton Milli Katedralda ilk cümə namazı

ABŞ-ın paytaxtı Vaşinqtondakı tarixi Vaşinqton Milli Katedralında ilk cümə namazı qılınıb.

Simsar.az xəbər verir ki, bəzi Amerika prezidentlərinin andiçmə mərasimlərinin, ABŞ prezidentləri və digər önəmli şəxsiyyətlərin cənazə mərasimlərinin keçirildiyi Katedraldakı cümə namazına məhdud sayda müsəlman çağırılıb.

Namaz insidentsiz keçməyib

Namaz Cənubi Afrikanın Vaşinqton Səfiri İbrahim Rəsulun liderliyində, bəzi müsəlman QHT-lərinin də qatıldığı 100 nəfərlik camaat tərəfindən qılınıb. Namazdan öncə isə bir xristiyan qadın müsəlmanların burada namaz qılmasına etiraz edib. Qadın, “Bu ölkənin çox yerində məscidlər tikmişik. Niyə ibadətinizi gedib öz məscidlərinizdə etmirsiniz?” – deyə qışqırıb.

Azan Dulles Bölgəsi Müsəlman Toplumu QHT-sinin imamı Məhəmməd Məcid tərəfindən oxunub. Cümə xütbəsini isə Cənibu Afrikalı səfir İbrahim Rəsul oxuyub.

Namazdan sonra çıxış edən müsəlman və xristiyanlar, müharibələrin durmasını, dinindən, irqindən aslı olmayaraq bütün insanların dostluq, qardaşlıq içində yaşamasını istədiklərini dilə gətiriblər.

Vüsal Qarayev







15 Noyabr, 2014  11:18 Baxılıb: 805 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner