Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İraq ordusu vacib bölgəni “İŞİD”-dən aldı

İyun ayından bəri “İŞİD”-in əlində olan İraq və həmçinin ABŞ üçün çox vacib hesab edilən Beyci qəsəbəsi İraq ordusunun nəzarətinə keçib.

Simsar.az xarici mediaya istinadən xəbər verir ki, İraq ordusu Beyci qəsəbəsini azad etməklə, ölkənin ən böyük neft emalı zavodunu da terroristlərin əlindən almağa yaxınlaşıb. Bu isə qəsəbənin ABŞ üçün nə dərəcədə önəmli olduğunu göstərir.

İraq ordusu komandirlərindən biri Bağdadın 200 km-lik məsafəsində yerləşən Beyci qəsəbəsini itirdikdən sonra “İŞİD” militanlarının sürətlə geri çəkildiyini açıqlayıb. Zabit bildirib ki, hazırda qızğın döyüşlər davam edir: “İŞİD” militanları çaya doğru qaçırlar. Qurudan və havadan hədəf alınıblar. Terroristlərin yol kənarlarında quraşdırdığı minalar bizim itkilərimizi artırır”.

Hadisələrə şahid olan yerli sakinlərdən biri isə bildirib ki, artıq İraq ordusu, şiə silahlılar və yerli qəbilələr qəsəbəni neft emalı zavoduna birləşdirən körpünü keçiblər.

Məlumat üçün bildirək ki, zavod gündə 300 min barrel neft emal edib, İraqın neft ehtiyyacının 50%-i təmin edə bilirdi. Beyci isə İraqın ən byük ikinci şəhəridir.

Qeyd edək ki, yaxın günlərdə İraq  baş naziri Heydər əl Abadi, 26 yüksək rütbəli zabitin vəzifələrindən sui-istifadə etdiklərinə və işlərinin öhdəsindən gələ bilmədiklərinə görə ordudan qovulduqlarını bildirmişdi. Və qeyd etmişdi ki, “İŞİD” qarşısında ağır məğlubiyyətə uğrayan İraq ordusunda köklü dəyişikliklər ediləcək.

Vüsal Qarayev







15 Noyabr, 2014  10:37 Baxılıb: 908 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner