Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Gürcüstan “erməni genosidi”ni tanımayacaq

Zurab Davitaşvili əminliklə danışdı

Gürcüstanda fəaliyyət göstərən bir sıra erməni təşkilatlarıbü günlərdə Gürcüstan rəhbərliyinə müraciət edərək “erməni genosidi”ni tanımağa və Osmanlı Türkiyəsində bu hadisənin "törədilməsini" pisləməyə çağırıb.

SalamNews-un məlumatına görə, bu təşkilatlar “Gürcüstan ermənilərinin icması”, Ermənistan əməkdaşlıq mərkəzi, Ermənistanın tələbə assosiasiyası, Ermənistanın Gənclər Birliyi, Ermənistanın Yeniyetmələr Assosiasiyası, “Nor Serund” birliyi və Tiflis ermənilərinin assambleyasıdır

Erməni təşkilatlarının müraciəti xüsusən parlament rəhbərinə və parlament komitələrinin sədrlərinə ünvanlanıb. Bu təşkilatlar üç erməni deputata təklif ediblər ki, aprelin 24-də parlamentin tribunasını istifadə edərək, həmkarlarını “genosid” qurbanlarını bir dəqiqəlik sükutla yad etməyə çağırsınlar.

Tiflis Universitetinin beynəlxalq siyasət kafedrasının müdiri, politoloq Zurab Davitaşvili bildirib ki, “Əmin edə bilərəm ki, Gürcüstan “erməni genosidi”ni tanımayacaq. Əlbəttə deyə bilərik ki, Fransa, İtaliya və Kaad tanıyıb, lakin qanunverci hakimiyyət səviyyəsində deyil, icraçılar səviyyəsində tanıyıb. Buna görə də bu tam tanınma deyil. Mən çox əminəm ki, Gürcüstan parlamenti erməni genosidini tanımayacaq”.






18 Aprel, 2011  17:00 Baxılıb: 1190 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner