Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

“İsraili 7 dəqiqədə vura bilərik” - İrandan şok hədə

Tehranın cümə imamı Ayətullah Kərmani İranın ABŞ və İsraili raketlə vura biləcəyi ilə hədələyib.

Simsar.az xəbər verir ki, İmam Ayətullah Kərmani cümə namazının ardından camaat qarşısında çıxış edərək, İsrailə qarşı ciddi hədələr səsləndirib. İmam bildirib ki, İsrailin İran raketlərinə qarşı müdafiə qabiliyyəti yoxdur: “ “Siccil” raketləri İsrailin nüvə mərkəzlərini və ABŞ-ın bölgədəki hərbi bazalarını vura biləcək gücdədir. Və İsrailin bu raketlərə qarşı müdafiə qabiliyyəti yoxdur”.

Kərmani, sionist rejimin gizli nüvə obyektləri və raketlərinin İran raketləri ucbatından təhlükədə olduğunu deyib.

Digər yandan, İran dövlət televiziyasında efirə gedən “Tel-Əviv 7 dəqiqə” verlişində iştirak edən hərbi ekspert Mehdi Bəxtiyarı, saniyədə 4300 metr məsafə qət edən 700 kiloqramlıq “Siccil” raketinin 7 dəqiqədə İsraili vura biləcəyini açıqlayıb.

Bəxtiyari İran raketlərinin İsrailə vura biləcəyi zərərdən bəhs edərək, sözügedən raketin mənzilinin 300-2 min km olduğunu, 800 km məsafəni hədəf ala bilən “Qiyam” raketindən sonra İsrailə qarşı istehsal edildiyini deyib.

Məlumat üçün birdirək ki, İran 2008-ci ildə maye yanacaqla çalışan “Siccil-1” raketlərini istehsal etdikidən bir il sonra, qatı yanacaqla çalışan “Siccil-2” raketlərini istehsal edib.

Onu da qeyd edək ki, İranda cümə namazı və bayram namazlarını qıldıran imamlar, İranın ən nüfuzlu şəxsi Ayətullah Xamneyini təmsil edərək onun adından çıxış etmək səlahiyyətinə sahibdirlər.

Vüsal Qarayev







15 Noyabr, 2014  09:46 Baxılıb: 816 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner