Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Şimali Kipr Türk Respublikasının yaranmasından 31 il ötür

Şimali Kipr Türk Respublikasının (Kuzey Kıbrıs Türk Cümhuriyyəti) yarandığı gündür.

Simsar.az-ın məlumatına görə 1974-cü ildə adada alovlanan müharibə nəticəsində Kipr iki yerə bölünüb. Türk icmasının adanın şimalında yaratdığı dövlət 1975-ci ildən 1983-cü ilədək Kipr Türk Federativ Dövləti adlanıb. 1983-cü ildə Şimali Kipr Türk Respublikasının yarandığı elan edilib. Ötən müddətdə Kipr türklərinin dövləti sadəcə Türkiyə tərəfindən tanınsa da, ayrı-ayrı ölkələrlə müxtəlif səviyyələrdə əlaqələr qurub, TÜRKSOY-da təmsil olunur, qurumun mədəniyyət tədbirlərinə ev sahibliyi edib.

Kipr adası dünyanın tanınmış turizm məkanıdır, o cümlədən Şimali Kiprdə turizm infrastrukturu geniş inkişaf edib. Bu imkanlar azərbaycanlı turistləri cəlb edir.

Ərazi  3300 km olan ŞKTR-nın paytaxtı rəsmən Nikosiya hesab edilir. Ancaq faktiki paytaxtı Lefkoşadır. Övlət dili Türk Dilidir və müəlman dövlətidir. Şimalda Dipkarpaz, qərbdə Gözəlyurd, cənubda Akınçılara doğru ŞKTR torpaqları yayılır. Şimali Kipr Türk Respublikası ilə adanın yunan hissəsi arasında Birləşmiş Millətlər Təşkilatının sülhməramlı qüvvələrinin yerləşdirildiyi bufer zonası – "Yaşıl xətt" vardır. Cənubda Kipr Respublikası ilə həmsərhəddir.

Bu adanın tarixinə gəlincə, bir çox dövlətlərin əsarəti altında olan Kipr eramızdan əvvəl 1500-cü illərdə Qədim Misirin idarəsi altında olub. Eramızdan əvvəl 333-cü ildə müharibədə farsları məğlub edən Makedoniyalı İskəndərin idarəsi altına keçib. Bu tarixdən sonra adada yunan mədəniyyəti inkişaf etməyə başlayıb. Eramızdan əvvəl 58-ci ildə ada Roma İmperiyasının vilayəti şəklinə düşüb və 350 il boyu Roma İmperiyasının əsarətində qalıb.

Sonralar Kipr adası Osmanlı dövlətinə aid gəmilərə silsilə hücumlar həyata keçirən xristian dəniz quldurlarının məkanına çevrilib. Bu dəniz quldurları əsasən dəniz ticarət gəmilərinə və həccə gedən sərnişinləri daşıyan gəmilərə hücumlar təşkil ediblər. Bunun üçün Kipr adasının nəzarətə götürülməsi bir tarixi ehtiyac kimi gündəmə gəlib. 01 İyul 1570 – 01 Avqust 1571 tarixlərində II Səlimin hökmdarlığı zamanı Lələ Mustafa Paşanın komandanlığı altındakı ordu və Piyale Paşanın dəniz donanmasının birgə hücumu ilə Osmanlı dövlətinin idarəçiliyinə keçib. Kiprin fəthi ilə Şərqi Aralıq tamamilə Osmanlı dövlətinin nəzarətinə keçib. 15 Sentyabr 1570-ci ildə Lələ Mustafa Paşa təntənəli şəkildə Lefkoşa şəhərinə daxil olub. Kiprin fəth edilməsi zamanı adada çox az sayda rumlu olub. 1571-ci ildə adada siyahıya alınma keçirilmiş və 150 000 əhali qeydə alınıb. Adadakı türk əsgərinin sayı isə 30 000 nəfər olub.

XX əsrdə Kiprdə vəziyyət daha qaynar və maraqlı olub. Belə ki, 1974-cü ildə başladılan Kipr Hərəkatının nəticəsində 1976-cı ildə Kipr Türk Federal Dövləti yaradıldı. 15 Noyabr 1983-cü ildə isə Şimali Kipr Türk Cümhuriyyəti öz müstəqilliyini bəyan edib.

Şimali Kipr Türk Cümhuriyyəti rəsmi adı ilə təkcə Türkiyə tərəfindən tanınıb. İlk illər Pakistan və Banqladeş Şimali Kipri tanısalar da, daha sonradan beynəlxalq təzyiqlər altında bu fikirdən geri çəkiliblər. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası ilə Şimali Kipr arasında münasibətlər yaranıb, daha sonra Azərbaycan da Şimali Kiprin müstəqilliyini tanıyıb. Rəsmi olaraq müstəqilliyini tanımasalar da, dünyanın bir çox dövləti ŞKTC ilə münasibətlər qurmaqdadır. Hal-hazırda Şimali Kiprdə Türkiyə səfirliyi, Avstriya, Almaniya, Böyük Britaniya, ABŞ təmsilçilikləri, Fransa Mədəniyyət Dərnəyi və Avropa Birliyinin dəstək ofisi fəaliyyət göstərir.

Hüseyn İbadlı







15 Noyabr, 2014  08:05 Baxılıb: 1397 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner