Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

2 manata görə adam öldürənin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu rayonunda 50 yaşlı kişini tamah məqsədilə öldürən 23 yaşlı Turqay Bədələovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Simsar.az lent.az-a istinadən xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Turqay Bədəlovun anket məlumatları dəqiqləşdiriləndən sonra məhkəmə baxışı noyabrın 19-na təyin olunub.

Qeyd edək ki, 2014-cü il mayın 10-da 50 yaşlı Lənkəran rayon sakini İltifat Mehrəliyev yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki mənzilində ölü tapılıb. Bakıda zibilyığan avtomobillərində fəhlə işləyən İltifat Mehrəliyevin mənzilində kəskin iy hiss edən qonşular polisə məlumat veriblər. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları və ekspertlər meyitə baxış keçiriblər.

Meyitin baş və boyun nahiyəsində xəsarətlər aşkarlayaraq qəsdən öldürüldüyünü təsdiq ediblər. Beləliklə, axtarış tədbirləri nəticəsində Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinin əməliyyatçıları hadisəni törədən 23 yaşlı Turqay Bədəlovu tutublar.

Bakıda zibilyığan avtomobillərdə fəhlə işləyən İ.Mehrəliyev 1 oğul, 5 qız atası olub və Bakıxanov qəsəbəsində kirayə yaşayırmış. Bir müddət əvvəl o, 23 yaşlı Turqay Bədəlovla tanış olub və onlar tez-tez metronun “Koroğlu” stansiyası yaxınlığında, İ.Mehrəliyevin kirayədə yaşadığı mənzildə görüşürlərmiş. Mayın 10-da isə hər iki şəxs yuxarıda qeyd edilən evdə yeyib içiblər. Sərxoş vəziyyətdə olan İ.Mehrəliyev yatıb və bundan sonra T.Bədəlov küt alətlə onun başına vuraraq öldürməyə çalışıb. Yuxudan ayılan İ.Mehrəliyev heç nə anlamadan Turqayla əlbəyaxa olub və elə bu zaman gənc oğlan bıçaqla 50 yaşlı kişiyə çoxsaylı zərbələr endirərək onu öldürüb. O, qətl törətdikdən sonra ərazidən uzaqlaşıb.

T.Bədəlov ilkin ifadəsində bildirib ki, qətli tamah məqsədi ilə törədib və hadisədən sonra evdən 2 manat pul və telefon götürərək qaçıb.






14 Noyabr, 2014  23:29 Baxılıb: 802 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner