Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Pakistan mətbuatı vurulan erməni helikopterindən yazdı

“Pakistan States Times” qəzetində “Ermənistan helikopteri işğal olunmuş Azərbaycan ərazisində Azərbaycan ordusu tərəfindən vurulub. Yaradılmaqda olan Pakistan-Azərbaycan Media Forumu Ermənistanın uçuşlar üçün bağlı zonanı pozmasını qınayır” adlı məqalə dərc edilib.

Simsar.az xəbər verir ki, məqalədə Pakistanın sabiq xarici işlər üzrə katibi, senator Akrem Zekiyə istinadla bildirilir ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz təlimlər keçirib və bu ölkənin uçuşlar üçün bağlı olan hava məkanını pozub. Qeyd edilib ki, Ermənistan hava qüvvələrinin helikopteri Azərbaycanın hava məkanını pozduğuna və Azərbaycan əsgərlərinin həyatına təhlükə yaratdığına görə məhv edilib.

Məqalədə Pakistan ordusunun ehtiyatda olan generalı Amcad Şoheybə istinad edilərək bildirilib ki, Ermənistanın Mi-24 tipli döyüş helikopteri vurulandan sonra Azərbaycan ərazisində yerə düşüb və bu da Ermənistanın Azərbaycanın hava məkanını pozmasının bariz sübutudur.

Müəllif məqalədə Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verir, Azərbaycanın Dağlıq Qarabağ regionunun və ona bitişik 7 rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu diqqətə çatdırır.

 

 






14 Noyabr, 2014  20:19 Baxılıb: 770 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner