Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azay Quliyevdən Obama, Putin və Ollanda MÜRACİƏT

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev BMT-nin baş katibi Pan Gi Muna, ATƏT-in baş katibi Lamberto Zannierə, Avropa Şurası Parlament Assambleyasının prezidenti Herman van Rompuya, Avropa Komissiyasının prezidenti Martin Şultsa, ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin prezidentləri Barak Obama, Vladimir Putin və Fransua Ollanda Ermənistanın hərbi hava qüvvələrinə məxsus döyüş helikopterinin Azərbaycanın hava məkanını pozaraq cəbhədəki ön mövqelərimizə hücum etməsi ilə bağlı müraciət ünvanlayıb.

Şuranın mətbuat xidmətindən Simsar.az-a daxil olan məlumata görə, məktubda qeyd edilir ki, Azərbaycanın suveren ərazilərində 6 noyabr 2014-cü ildən 40 minlik ordu ilə təlim keçirən Ermənistan son bir neçə gün ərzində davamlı olaraq məqsədli şəkildə təxribatçı uçuşlar həyata keçirib: "Bu hərəkətlərin nəticəsi olaraq Azərbaycan Hərbi Hava Qüvvələri cavab atəşi açaraq özünümüdafiə hüququndan istifadə edib. Azərbaycan beynəlxalq qanunlar və Beynəlxalq Mülki Aviasiya Təşkilatının qərarlarına əsasən, işğal olunmuş Daglıq Qarabağ üzərində həyata keçirilən razılaşdırılmamış bütün aviasiya uçuşlarını hava sərhədlərinin pozulması kimi qiymətləndirir".

Məktubda regionda sülhün və stabilliyin qorunması üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyri-şərtsiz çıxarılması və BMT-nin hər 4 qətnaməsinin tələblərinin icrasının vacibliyi vurğulanır.






14 Noyabr, 2014  20:00 Baxılıb: 663 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner