Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Bankomat oğrularına 45 il HƏBS

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən şəxslər – Tahir Tahirov, Elnur Tahirov, Cəmil Ələkbərov, Rahid Zamanov və Məhərrəm Alırzayevin cinayət işi ilə bağlı məhkəmə prosesi baş çatıb. Lent.az-ın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə müttəhimlərə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə T. Tahirov 10, E. Tahirov 9, C. Ələkbərov 9, R. Zamanov 8, M. Alırzayev isə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında Xəzər rayonu ərazisində baş verib. Beynəlxalq Banka məxsus bankomatdan oğurluğa cəhd göstərmiş Bilgəh qəsəbə sakinləri Məhərrəm Alırzayev, Elnur Tahirov və qardaşı Tahir tutulub.

Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların martın 26-da Qaz İstismar Sahəsinin otağından qapını sındırmaq yolu ilə "Modemis" MMC-yə və "Komtek LTD" MMC-nə məxsus "Paypoint" ödəniş aparatlarını və aprelin 19-da 4 saylı Qaz İstismarı Sahəsinin inzibati binasından pəncərədən girmək yolu ilə "Voys" şirkətinə məxsus "Paypoint" ödəniş terminalından 1592 manatı oğurlamaları, aprelin 25-də Binə qəsəbəsi Milli Aviasiya Akademiyasının qarşısındakı yeraltı keçiddə olan "Voys" şirkətinə məxsus "Paypoint" ödəniş terminalından isə oğurluğa cəhd göstərmələri də müəyyən edilib. Yuxarıda sadalanan cinayət əməllərində şübhəli bilinən Rahid Zamanov və Cəmil Ələkbərov da saxlanılaraq məsuliyyətə cəlb edilib.






14 Noyabr, 2014  18:36 Baxılıb: 721 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner