Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq müzakirə olundu

İslam Dünyası üçün Mədəniyyət Strategiyasının İmplementasiyası üzrə Məşvərət Şurasının 13-cü toplantısında 2015-ci ilin may ayında Bakıda keçiriləcək III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq və İSESKO-nun tərəfdaşlığı məsələləri müzakirə olunub.

Simsar.az xəbər verir ki, Nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Vasif Eyvazzadə çıxış edərək Forumun prioritetlərini və Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Bakı prosesini təqdim edib. İclasda qərara alınıb ki, Forum çərçivəsində İSESKO ilə birlikdə mədəni hüquqların dialoqun təminatında rolu, İslam Mədəniyyəti Paytaxtlarının birgə təqdimatı sessiyaları, həmçinin İslam Ölkələri Mədəniyyət Nazirlərinin konfransına hazırlıqla bağlı Şuranın növbəti iclası keçirilsin. V.Eyvazzadə səfər çərçivəsində İSESKO, Səudiyyə Ərəbistanı, Oman, Tunis, İndoneziya, Birləşmiş Ərəb Əmirliyindən olan nümayəndələrlə ikitərəfli görüşlər keçirib və qarşılıqlı əməkdaşlıq məsələlərinə dair müzakirələr aparıb.

Günel






14 Noyabr, 2014  17:13 Baxılıb: 956 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner