Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Çaylardakı mövcud vəziyyət açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Simsar.az-a verilən məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-150, Kiçik Qafqazın çaylarında 80-130, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-40 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Noyabrın 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 158 m3/s olmaqla ongünlük normanın 90 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm 132 m3/s olmaqla ongünlük normanın 75 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 50 m3/s olmaqla, ongünlük normanın 59 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici 93 m3/s təşkil edərək ongünlük normanın 109 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Noyabrın 14-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 8, Şirvanda və Salyanda 2, Bankədə 7, Araz çayının Novruzlu məntəqəsində 1 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 317 sm (2013-cü il noyabrın 14-də 328 sm), Şirvanda 173 sm (2013-cü il noyabrın 14-də 168 sm), Salyanda 140 sm (2013-cü il noyabrın 14-də 105 sm), Bankədə 165 sm (2013-cü il noyabrın 14-də 186 sm), Araz çayının Novruzlu məntəqəsində isə 65 sm (2013-cü il noyabrın 14-də 88 sm) təşkil edir.

 

 







14 Noyabr, 2014  16:51 Baxılıb: 633 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner