Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Erməni general vurulan helikopterin hücum etdiyini TƏSDİQLƏDİ

Qarabağdakı düşmən ordusunun generalı noyabrın 12-də təmas xəttinin Ağdam istiqamətində vurulan Mi-24 vertolyotunun Azərbaycan mövqelərinə həmlə etdiyini təsdiqləyib

Virtualaz.org erməni qaynaqlarına istinadən xəbər verir ki, qondarma “DQR müdafiə naziri” Movses Akopyan bu gün Azərbaycanın işğal altındakı ərazilərində keçirilən “Birlik-2014” hərbi təlimlərinin gedişində jurnalistlərlə söhbəti zamanı bu etirafla çıxış edib. “Vertolyot düşmən mövqelərindən cəmi 20 metr məsafədə vurulub. Hazırda həmin əraziyə yaxınlaşmaq mümkün deyil. Biz Beynəlxalq Qırmızı Xaça müraciət edərək ekipaj üzvlərinin taleyinin aydınlaşdırılmasını xahiş etmişik. Təşkilat cavab verib ki, hazırda bu məsələ ilə məşğuldur” Akopyan bildirib.Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi israrla bildirirdi ki, vertolyot Azərbaycan ordusunun mövqelərinə yaxınlaşmayıb və təhlükəli manevrlər etməyib, yalnız təlim-məşq uçuşları həyata keçirib. Lakin indi düşmən qüvvələrinin generalının vertolyotun Azərbaycan mövqelərindən cəmi 20 metr məsafədə vurulduğunu etiraf etməsi erməni tərəfinin bütün arqumentlərini heçə endirir. Əgər düşmənin Mi-24 hücum vertolyotları Azərbaycan silahlı qüvvələrinin mövqelərinin cəmi 20 metrliyinə yaxınlaşırsa bu, hücum deyil bəs nədir?

Qeyd edək ki, bundan əvvəl vertolyotun vurulmasını əks etdirən videokadrlarda da iki Mi-24 vertolyotunun Azərbaycan ordusunun postlarının bilavasitə üzərində, alçaqdan uçaraq manevrlər həyata keçirdiyi aydın görünürdü.







14 Noyabr, 2014  16:20 Baxılıb: 877 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner