Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Koroğlu Rəhimov küçəsi yenə bağlanır - DYP

Bakıda daha bir yol təmirə bağlanır. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov məlumat verib. Bölmə rəisinin sözlərinə görə, bu gün axşam saat 22:00-dan etibarən Koroğlu Rəhimov küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən başlayaraq Fətəli xan Xoyski küçəsinə qədər olan hissəsi tam bağlanacaq. Burada nəqliyyat vasitələrinin hərəkətinə 2 gün ərzində məhdudiyyət tətbiq olunacaq. Səbəb isə yolun asfalt örtüyünün yenilənməsi və digər təmir işləridir. Həmin ərazidə təmir işləri bazar ertəsi günü başa çatdırılacaq.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi təmir işləri ilə əlaqədar sürücüləri alternativ yollardan istifadə etməyə çağırıb.

Qeyd edək ki, ötən həftə Koroğlu Rəhimov küçəsinin tam olaraq təmirə bağlanması paytaxtda dəhşətli tıxaca səbəb olmuşdu. Həftənin iş günü yolun bağlanması sürücülərin narazılığına səbəb olduğu üçün bu dəfə aidiyyatı orqanlar yolda təmir işlərini həftə sonuna təyin ediblər.






14 Noyabr, 2014  16:15 Baxılıb: 681 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner