Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

ADİU-da “Elm günləri” başa çatdı

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Ümumdünya elm günü” çərçivəsində keçirilən “Elm günləri” başa çatıb.

Simsar.az-ın məlumatına görə, tədbirdə çıxış edən ADİU-nun rektoru, professor Ədalət Muradov bildirib ki, üç gün davam edən “Elm Günləri”ndə qarşıya qoyulan məqsədə nail olunub: “Bir daha bəyan edirik ki, İqtisad Universitetində elmi tədqiqatların aparılması üçün potensial var”.

Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə tədbir iştirakçılarına iqtisad elminin Azərbaycan cəmiyyəti və iqtisadi inkişafında rolu haqqında danışıb. Bildirib ki, ölkə iqtisadiyyatı qloballaşan dünyada tələb və təkliflərə adekvat olaraq uyğun siyasət yeridir. “Hər bir iqtisadçı alimin fikri öyrənilməlidir” deyə vurğulana Z.Səmədzadə, bu baxımdan ADİU-da keçirilən “Elm günləri”nin əhəmiyyətini qeyd edib.

Kulturoloq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədov çıxışında iqtisadiyyatın mədəniyyətlə bağlı olduğunu bildirərək, “Elm günləri” çərçivəsində təşkil olunan tədbirlərin ali təhsil ocağının elm mərkəzinə çevrilməsində böyük rol oynayacağını iştirakçıların diqqətinə çatdırıb.

Kanadanın dünya şöhrətli Vaterloo Universitetinin riyazi biznes və mühasibat proqramının direktoru, alim, ADİU-nun keçmiş əməkdaşı İlham Axundov isə çıxışında elmin kapitala çevrilməsi yollarından danışıb. Riyaziyyat və biznesi birləşdirməyi bacaran azsaylı alimlərdən olan İ.Axundov 15 ildir çalışdığı Vaterloo Universitetində əldə etdiyi təcrübəsini professor və müəllim heyəti ilə bölüşüb. Alim çıxışında həmçinin “Elm Günləri” çərçivəsində ADİU tələbələrinə keçirdiyi təlimdən də danışaraq onların bilik səviyyəsindən məmnun qaldığını bildirib.

ADİU-nun dosenti Həmid Həmidov isə “Neuro Linguistic Programming” mövzusunda məruzə ilə çıxış edib. NLP-nin müasir biznes mühitində menecerə faydalılığı, danışıqların aparılması zamanı qarşı tərəfin psixoloji durumunu analiz etmək və inandırmaq texnologiyası, yaddaşın gücləndirilməsi texnikası və s. haqqında tədbir iştirakçılarına məlumat verib.

Aysel







14 Noyabr, 2014  16:01 Baxılıb: 712 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner