Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Bəzi gənclərimiz cihad adı ilə başqa ölkələrə yollanırlar” - ŞEYX

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində fəaliyyət göstərən Din Xadimlərini Təkmilləşdirmə Kurslarının bu gün növbəti - dördüncü buraxılışı olub.

QMİ-dən APA-ya verilən məlumata görə, bununla bağlı keçirilən tədbirdə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək bildirib ki, kursların fəaliyyəti Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyədə olmasının bariz nümunəsi kimi dəyərləndirilir.

Bu layihəyə verdiyi maddi-mənəvi dəstəyə görə prezident İlham Əliyevə minnətdarlığını bildirən QMİ sədri təkmilləşdirmə kurslarını bitirən müdavim-ruhanilərin qarşısında böyük öhdəliklər olduğunu, müqəddəs İslam dininin cəmiyyətimizə doğru-düzgün çatdırılmasının vacibliyini vurğulayıb: “İslamın düzgün təbliğ olunmamasının nəticəsidir ki, hələ də bəzi gənclərimiz bizdən uzaqlaşaraq təsir altına düşür və cihad adı ilə başqa ölkələrə yollanırlar. Biz dinimizi düzgün təbliğ etsək, belə halların qarşısı alınar”.

Şeyxülislam təkmilləşdirmə kurslarının din xadimlərinin bilik və dünyagörüşü səviyyəsinin daha da artırılması baxımından olduqca mühüm rol oynadığını və kursların bundan sonra da davam etdiriləcəyini qeyd edib. Sonra QMİ sədrinin birinci müavini, müfti Hacı Salman Musayev müdavim-ruhanilərə öz tövsiyələrini verib. Daha sonra din xadimlərinə təkmilləşdirmə kurslarını bitirmələrini təsdiq edən sertifikatlar təqdim olunub.

Tədbirdə QMİ sədrinin müavini Hacı Fuad Nurullah, QMİ-nin Aparat rəhbəri Simran Həsənov, QMİ-nin Təşkilat şöbəsinin müdiri Hacı Əlirza Qafarov və digərləri də iştirak ediblər.






14 Noyabr, 2014  15:52 Baxılıb: 761 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner