Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Abituriyentlər repetitor köməyindən istifadə etməyə biləcək

Riyaziyyat, fizika, biologiya, kimya və Azərbaycan dili fənləri üzrə toplular şəklində Azərbaycan və rus dillərində nəşr edilmiş bu kitablara TQDK tərəfindən 1994-2014-cü illərdə keçirilmiş müxtəlif təyinatlı imtahanlarda – ali təhsil müəssisələrinə, tam və ümumi orta təhsil bazalarında orta ixtisas məktəblərinə, hərbi məktəblərə və hərbi liseylərə qəbul imtahanlarında, sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqları, habelə “Abituriyent” jurnalının ayrı-ayrı saylarında dərc olunmuş model testlər daxildir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, toplulardakı test tapşırıqlarının 25 faizi heç bir imtahanda istifadə olunmamış suallardır. Hər bir toplu test bankında olan test tapşırıqlarının bütün modellərini əhatə edir.

Test topluları abituriyentlər, şagirdlər, müəllimlər və test tərtibçiləri üçün nəzərdə tutulub.

Burada tapşırıqların düzgün cavabları da verilib. Bunda məqsəd şagird və abituriyentlərə testlərlə müstəqil surətdə, repetitor köməyinə müraciət etmədən işləmək imkanının yaradılmasıdır. Bütün bu vəsaitləri TQDK-nın binası qarşısındakı "Abituriyent" köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Aysel Kərimova

 






14 Noyabr, 2014  15:35 Baxılıb: 4065 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner