Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Qırmızı papaq”ın məşqləri yekunlaşır

Azərbaycan Dövlət Musiqili Teatrında Emin Sabitoğlu və Yevgeni Şvartsın “Qırmızı papaq” əsərinin son məşqləri yekunlaşmaq üzrədir.

Tamaşanın quruluşçu-rejissoru, Azərbaycanın Əməkdar Artisti Boris Qrafkin Teatrın mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, əsərin premyerası təqribən noyabrın sonu, dekabrın əvvəllərinə nəzərdə tutulur. “İlk növbədə tamaşanın araya-ərsəyə gəlməsində teatrımızın direktoru Əliqismət Lalayevin xüsusi diqqət və qayğısını qeyd etmək istərdim. Əsərin əsas qayəsini xeyirlə şərin mübarizəsində sonda xeyirxah qüvvələrin qalib gəlməsi, gənclərin yaşlı nəslə qayğı və diqqəti təşkil edir. İnanıram ki, məhz bu amil xüsusilə balaca tamaşaçılarımızın tərbiyəsində mühüm rol oynayacaq”, - deyə Boris Qrafkin bildirib.

Tamaşada əsas obrazları əməkdar artistlərdən Emma Məlikova, Səmayə Musayeva, aktyorlar Elçin İmanov, Mehriban Zalıyeva, Şaban Cəfərov, Rəsmiyyə Nurməmmədova və başqaları canlandıracaqlar.

Günel

 






14 Noyabr, 2014  14:57 Baxılıb: 824 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner