Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Paytaxtda dayanacaqlarda YENİ SİSTEM

2015-ci ilin yanvar ayından etibarən Bakıda müvəqqəti avtomobil dayanacaqları ilə bağlı yeni sistemin tətbiqinə başlanılacaq.

Bunu Trend-ə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin (XTAİ) rəisi Həsən Abdullayev deyib.

İdarə rəsinin sözləriə görə, yeni sistem, demək olar ki, istifadəyə tam hazırdır. Artıq sistemin sınaqları da çoxdan başa çatıb: “Sürücülər ödənişlərini parkomatlarda nağd forma ilə yanaşı, SMS, plastik ödəmə kartları vasitəsilə də edə biləcəklər. 2015-ci ilin əvvəlindən etibarən yeni sistem tam formada işləməyə başlayacaq. Plastik kart sistemi artıq yanvar ayından istifadəyə veriləcək. SMS sistemi də təxminən yanvar-fevral ayları arasında işə düşəcəcək”.

H.Abdullayev qeyd edib ki, artıq ödəmə kartlarının hazırlanması sifariş edilib: “Onları da mərhələli şəkildə, şəhərin mərkəzindən başlayaraq verəcəyik. Artıq parkomatlarda kart oxuyucu cihazlar da yerləşdirilir. Cihazlar tam quraşdırıldıqdan sonra kartlar da gəlib çıxacaq”.

Qeyd edək ki, yeni sistem işə düşəcəyi təqdirdə, Bakıda sürücülər şəhərin müxtəlif yerlərində elektron lövhələr, eləcə də smartfonlara yüklənmiş xüsusi proqramlar vasitəsilə avtomobillərini saxlamaq üçün hansı müvəqqəti dayanacaqlarda boş yerin olduğunu əvvəlcədən öyrənə biləcəklər.

 






14 Noyabr, 2014  14:51 Baxılıb: 829 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner