Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Obama Ərdoğan deyənə gəldi

ABŞ prezidenti Barak Obamanın Suriya siyasətini dəyişdirmək niyyətində olduğuna dair məlumat yayılıb.

Simsar.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Obama B.Əsədi hakimiyyətdən salmadan “İŞİD”i məğlub edə bilməyəcəyini anlayıb. Bu baxımdan o da Suriya siyasətinin təkrar müzakirəyə çıxarılmasını istəyib.

CNN-nin məlumatına görə, son bir həftə ərzində bu məsələlərin müzakirəsi üçün 4 toplantı keçirilib. Toplantılardan birinə isə Obama şəxsən özü sədrlik edib. Xəbərdə bildirilir ki, ABŞ “İŞİD”i məğlub etmək üçün ona qarşı yalnız İraqda yox, Suriyada da mübarizə aparmağın vacib olduğunu anlayıb və Türkiyənin “Əsəd devrilməlidir” təklifiylə razılaşmaqdan başqa alternativ görmür.

Ekspertlərin rəyinə görə, Obamanın Suriya strategiyasının yenidən müzakirəyə çıxarmasında Türkiyə və digər körfəz ölkələrinin də rolu böyük olub.

ABŞ-ın Nümayəndələr Palatası Xarici əlaqələr komissiyası sədri Ed Royce də CNN-ə verdiyi müsahibədə, Obama hakimiyyətinin “İŞİD”ə qarşı yeni siyasət həyata keçirmək istədiyini təsdiq edərək, bunu Türkiyə və digər ölkələrin tələbi olduğunu bildirib.

Qeyd edək ki, ABŞ “İŞİD”ə qarşı əməliyyatlar üçün saatda 300 min dollar xərcləyir. 96 gündür davam edən əməliyyatların gündəlik xərci 8 milyon dollardır. Ümumilikdə xərclər 768 milyon dollara çatıb. Lakin bu xərclərin qarşılığında hələ ki, heç bir ciddi nəaliyyət yoxdur.

Vüsal Qarayev







14 Noyabr, 2014  13:04 Baxılıb: 714 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner