Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Gedib, Nizamnaməni oxusun” – Müsavat başqanına İSMARIŞ

“Müsavat Partiyasında düşünülmüş şəkildə yalnış təəssürat yaradılıb”.

Bunu Simsar.az-a Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslı partiya rəhbərinin müavini Gülağa Aslanlının iradlarına cavabında deyib.

O bildirib ki, partiya rəhbərliyi qurum daxilində Nizamnaməyə zidd fəaliyyət göstərən şəxslərin olduğunu söyləyir. Bu sözlər isə reallığı əks etdirmir: “Partiya daxilində heç kim Nizamnamə əleyhinə çıxmayıb. Çünki Nizamnəmə əleyinə çıxmaq, partiya əleyhinə çıxmaq kimi qiymətləndirilir. Sadəcə olaraq, hər kəs Nizamnaməni öz bildiyi kimi şərh edir. Nəticədə siyasi savadsızlığın uzbatından yalnış addım atırlar. Atılan adıma da bu və ya digər formada don geyindirirlər”.

T. Abbaslı bildirib ki, əsas məsələ fraksiya yaradanların partiyadan çıxarılması deyil: “Partiya funkisionerləri fraksiya yaradılmasını Nizmnamə pozuntusu olduğunu sübut edə bilmirlər və bunu heç kim edə də bilməz. Partiya daxilində bir sıra məsələlərlə razılaşmayan şəxslərin bir araya gəlməsi qarşısını almaq mümkün deyil. Nizamnamədə də bununla bağlı hər hansısa bir bənd mövcud deyil. Məsləhət görürəm ki, istər Gülağa bəy, istərsə də başqan öncə nizamnaməni oxusun, sonra qərar versinlər”.

Hüseyn İbadlı







14 Noyabr, 2014  12:43 Baxılıb: 754 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner