Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Zakir Həsənov baş komandanı qəbul etdi - FOTOLAR

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Türkiyə Jandarma baş komandanı, ordu generalı Abdullah Atayı qəbul edib. Simsar.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Z. Həsənov Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlığın daim yüksələn xətt üzrə artdığını, strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri əsasında qurulduğunu və əlaqələrin davamlı olduğunu deyib.

Müdafiə naziri bölgədəki hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə əsas təhlükə yaratdığını, problemin beynəlxalq hüquq norma və qaydalarına uyğun həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Ordu generalı Abdullah Atay da öz növbəsində səmimi qəbul üçün təşəkkürünü bildirərək, əlaqələrin qədim tarixi bazaya, mehriban dostluq, qardaşlıq münasibətlərinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib.

Görüşdə Türkiyənin hərbi attaşesi Hasan Nevzat Taşdələr iştirak edib.






14 Noyabr, 2014  12:20 Baxılıb: 818 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner