Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

"Sönmüş talelər" tamaşası İsmayıllı teatrında

Dağıstan Respublikası Mədəniyyət Nazirliyi Azərbaycan Dövlət Dram Teatrının yaradıcı kollektivi Azərbaycanda qastrol səfərindədir.

Simsar.az xəbər verir ki, səfər çərçivəsində kollektiv noyabr ayının 13-də İsmayıllı Rayon Gənclər Mərkəzində yazıçı-dramaturq, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının ədəbi-dram hissə müdiri Rafiq Rəhimlinin "Sönmüş talelər" tamaşası ilə çıxış ediblər.

Narkotik və narkomanlığa qarşı mübarizəyə həsr olunmuş tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi və Dağıstan Respublikasının əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamı Naidə Əlimətova, musiqi tərtibatçısı Dağıstanın əməkdar artisti Sevda Bəybalayevadır.

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova tamaşanı böyük maraqla izlədiyini deyib, teatrın işinə uğurlar arzulayıb.

350 nəfərdən çox rayon sakini tamaşaya baxmaq üçün Gənclər Mərkəzinə toplaşıb.

Günel

 






14 Noyabr, 2014  11:54 Baxılıb: 554 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner