Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

230 məhkum peşə hazırlığına cəlb olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cəzaçəkmə müəssisələrindən azad ediləcək  230 nəfər şəxsi peşə hazırlığına cəlb edilib.

Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, cəzaçəkmə müəssisələrində cəza çəkməkdən azad ediləcək şəxslərin gələcək məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi, bu məqsədlə onların peşə hazırlığına cəlb edilməsi nəzərdə tutulur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ədliyyə Nazirliyi arasında imzalanmış müvafiq sazişə əsasən, bu ilin ötən dövründə penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan 230 nəfər şəxs peşə hazırlığı kurslarına cəlb olunub. Onlardan 32 nəfəri qadınlar, 16 nəfəri isə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Tərbiyə müəssisəsindəki uşaqlar olub.

Kurslar penitensiar müəssisələrin mövcud peşə məktəblərinin bazasında dərzi, dülgər-xarrat, kompyuter istifadəçisi, kompyuter texnikasının təmiri, bərbər-manikürçü peşələri üzrə təşkil edilib. Məhkumların kursları bitirmə vaxtı onların cəzaçəkmə müddətinin başa çatması vaxtı ilə təxminən eyni dövrə düşür. Kurslara cəlb olunanlardan 110 nəfəri artıq peşə kurslarını uğurla başa vurub.

Aysel







14 Noyabr, 2014  12:09 Baxılıb: 576 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner