Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Qamət kimi psevdo-ilahiyyatçılar ölkəmizə soxuşdurulub” - AÇIQLAMA

“Qamət və onun kimi özlərini ilahiyyatçı adlandıran şəxslərin Aşura kimi həssas bir məsələdə bu şəkildə çıxışını birmənalı olaraq sifariş kimi qəbul edirəm”.

Bu sözləri Simsar.az-a açıqlmasında şərqşünas, Azərbaycan Birlik Təşkilatının sədri Vüsal Hətəmov “Əbu Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanovun Aşura günü ilə bağlı səsləndirdiyi fikirlərinə cavab verərkən deyib.

İlahiyyatçının sözlərinə görə, bu gün bəzi özlərini din alim adlandıran şəxslər var ki, onların əsas məqsədi Azərbaycanı  kökündən, təməlinidən, klassik ədəbiyyyatından, İslami ənənələrindən uzaqlaşdırmaqdır: “Bu insalar da Azərbaycanın müsəlman dövlət kimi inkişafının qarşısını almaq istəyən hegemon dövlətlərin ölkəmizdəki casuslarıdır. Azərbaycan İslam dünyasında istər elm, istər mədəni, istər iqtisadi baxımından sürətlə inkişaf edən ölkələrdəndir. Bizi kökumüzdən, dinimizdə ayırıb inkişafımzın qarşısını almaq istəyən dövlətlər də Qamət Süleymanov, Elşad Miri kimi psevdo ilahiyyatçıları casus kimi ölkmizə soxuşdurublar”.

V. Hətəmov bildirib ki, belə ilahiyyatçıların fəaliyyətləri Azərbaycanın milli təhlükəsizliyinə qarşı istiqamətlənib: “Qamət kimilərin məsələsi Aşura günü deyil. Baxın ölkədə nə qədər bizim milli mentalitetimizə uyğun gəlməyən bayramlar qeyd edilir, tədbirlər keçirilir. Əgər onlar məsələyə dini baxımdan yanaşırlarsa bu məsələlərə niyə toxunmurlar. Onların məqsədi sadəcə xalqımızı milli köklərindən uzaqlaşdırmaqdır. Baxın, Aşura günü ilə bağlı klassik ədəbiyyatmızda dahi şəxsiyyətlərimizdən bizə nə qədər gözəl nümunələr qalıb. Bunlar bu hərəktləri ilə bizim klassilərimizi də, kökümüzü də inkar etməyimizi istəyirlər. Bunların bu planları bizim milli təhlükəsizliyimizi də təhlükə altına atır”.

Məlumat üçün bildirək ki, ictimaiyyət arasında haqqında vəhhabi olması, vəhhabilərə liderlik etməsiylə bağlı iddiaların geniş yayıldığı “Əbu Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanov Aşura günü ilə bağlı xüsusi ilə şiə camaatının qəzəbinə səbəb olan fikirlər söyləyib.

O bildirib ki, İmam Hüseyin üçün ağlayanlar bu tarixi hadisəni düzgün qiymətləndirmirlər: “Çox şişirdilib, həddindən artıq, donlar geyindirlib, yanına güllər qoyulub. Mömin odur ki, gərək düzgün danışa, adil ola. Əslində isə Hüseyinlə yanaşı başqaları da hakimiyyətə gəlmək istəyir”. Q. Süleymanov İmam Hüseyinin başına gələnlərin qəzavü-qədər olduğunu, din uğrunda yox, sadəcə hakimiyyət üçün öldüyünü iddia edir.

Vüsal Qarayev

 






14 Noyabr, 2014  12:00 Baxılıb: 1377 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner